banner
banner

İdman

Çempionlar Liqasında mövsümün son püşkatması keçiriləcək

| Xəbər 787 dəfə oxunub
Çempionlar Liqasında mövsümün son püşkatması keçiriləcək

Çempionlar Liqasında 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. ONA-nın məlumatına görə, Avropanın 8 ən güclü klubunun bütün diqqətləri püşkatmaya yönəlib.

Qitənin ən nüfuzlu klub turnirində mövsümün sonuncu püşkü martın 15-də atılacaq. İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Mərasimdə 1/4 final və yarımfinal mərhələlərinin püşkatması keçiriləcək. Həmçinin, püşklə İspaniya paytaxtı Madriddəki “Metropolitano” stadionunda keçiriləcək finaldakı nominal meydan sahibi bəlli olacaq.

1/4 finala 5 ölkənin təmsilçiləri yüksəlib. Yalnız İngiltərə 1-dən artıq komanda ilə təmsil olunacaq. Futbolun yaradıcılarının 4 klubu yarımfinalın bir addımlığındadır. Digər ölkələri isə yalnız bir komanda təmsil edəcək.

Bu mərhələdə “Mançester Yunayted”, “Tottenhem”, “Mançester Siti”, “Liverpul” (hamısı İngiltərə), “Barselona” (İspaniya), “Yuventus” (İtaliya), “Ayaks” (Hollandiya) və “Portu” (Portuqaliya) klubları mübarizə aparacaq. Martın 15-dəki tədbirdə kor püşk tətbiq olunacaq. Yəni iştirakçılar reytinq və ölkəsinə görə ayrılmayacaqlar.

Qeyd edək ki, 1/4 final oyunları aprelin 9-10 və 16-17-də, yarımfinal mərhələsi 30 aprel – 1 may və 7-8 mayda keçiriləcək. Final matçı isə iyunun 1-də baş tutacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər