banner
banner

İdman

ÇL: “Liverpul” “Bavariya”nı, “Barselona” “Lion”u mübarizədən kənarlaşdırıb

| Xəbər 890 dəfə oxunub
ÇL: “Liverpul” “Bavariya”nı, “Barselona” “Lion”u mübarizədən kənarlaşdırıb

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. ONA-nın məlumatına görə, cavab oyunları çərçivəsində son iki matç keçirilib.

Münhen və Barselonada baş tutan qarşılaşmalardan sonra 1/4 finala son vəsiqələrin sahibləri bəlli olub.

İspaniyanın Çempionlar Liqasındakı sonuncu təmsilçisi “Barselona” öz meydanında “Lion”u qəbul edib. Fransa səfərində qolsuz heç-heçə edən kataloniyalılar “Nou Kamp”da doğma azarkeşlərini sevindirməyə müvəffəq olublar.

İlk yarıda iki qol vuran İspaniya klubu fasilədən sonra bir top buraxsa da, ardınca daha üç qol vuraraq darmadağını rəsmiləşdirib – 5:1. Bununla da Barselonanın eyniadlı təmsilçisi 1/4 finala yüksəlib.

Birinci oyunda qolsuz heç-heçə edən digər cütlük Almaniyada münasibətlərini ayırd edib. “Bavariya” İngiltərə təmsilçisi “Liverpul”la qarşılaşıb.

Mersisaydlılar ilk yarının ortalarında hesabı açsalar da, fasilə ərəfəsində avtoqola üzülüblər. Bu nəticə Yurgen Kloppun yetirmələrini qane etsə də, qonaqlar daha iki qol vurmağa müvəffəq olublar.

Beləliklə, İngiltərənin 4 komandasının hamısı 1/4 finala yüksəlib. “Liverpul”a qədər “Tottenhem”, “Mançester Yunayted” və “Mançester Siti” də bunu bacarmışdı. Britaniyalılardan başqa, kubok uğrunda mübarizəni “Barselona” (İspaniya), “Yuventus” (İtaliya), “Ayaks” (Hollandiya) və “Portu” (Portuqaliya) klubları da davam etdirir.

Çempionlar Liqası
1/8 final
Cavab oyunları
13 mart

00:00. “Barselona” (İspaniya) – “Lion” (Fransa) – 5:1
Qollar: Messi, 18 (pen.), 78, Koutinyo, 31, Pike, 81, Dembele, 86 – Tusart, 59
Baş hakim: Şimon Marçinyak (Polşa)
Barselona. “Nou Kamp” stadionu
İlk oyun – 0:0

00:00. “Bavariya” (Almaniya) – “Liverpul” (İngiltərə) – 1:3
Qollar: Matip, 39 (avtoqol) - Mane, 26, 84, Van Diyk, 69
Baş hakim: Daniele Orsato (İtaliya)
Münhen. “Alyans Arena”
İlk oyun – 0:0



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər