banner
banner

İdman

FİFA dünya çempionatının formatını dəyişəcək

| Xəbər 879 dəfə oxunub
FİFA dünya çempionatının formatını dəyişəcək

FİFA klublararası dünya çempionatının yeni formatı martın 15-də müzakirəyə çıxaracaq. ONA-nın məlumatına görə, qurumun Şurası həmin gün bu formatı təsdiqləyə bilər.

Turnirin 2021-ci il iyunun 17-də start götürməsi planlaşdırılıb. Çempionat iyulun 4-dək davam edəcək.

Yeni formatlı turnir təqvimdə Konfederasiyalar kubokunu əvəz etməlidir. Burada 24 klub mübarizə aparacaq. Bunlardan 8-i Avropanı, 6-sı Cənubi Amerikanı təmsil edəcək. Afrika, Asiya və KONKAKAF zonasının (Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi) hərəsinə 3 yer ayrılacaq. Bir komanda isə Okeaniyanı təmsil edəcək.

Qeyd edək ki, artıq UEFA istisna olmaqla, bütün konfederasiyalar təklifin qəbul edilməsinə razılıq veriblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər