banner
banner

Sosİal

Bakı Metropoliteni əlil uşaqlara dəstək sərgisi keçirib

| Xəbər 3243 dəfə oxunub
Bakı Metropoliteni əlil uşaqlara dəstək sərgisi keçirib

"Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti" əlillərə yardım məqsədilə növbəti sərgi keçirib.

Trend-in məlumatına görə, 2 gün davam edəcək tədbirdə əlillərin əl işləri sərgilənir. Azərbaycan Uşaq Birliyi, Uşaq Sığınacağı İnteqeasiya Mərkəzi, Üçüncü Bahar Qrupu və Yasamal rayon Əlillər Təşkilatı iştirak edib. "İçəri şəhər" metro stansiyasında yaradılan sərgidə 30 guşə təşkil edilib. Sərgidə əsasən əlil və kimsəsiz uşaqların əl işləri sərgilənib. Sərgi sosial məqsədlə təşkil edilib və kommersiya məqsədi daşımır.

 

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, sərgidə satılan əl işlərindən əldə olunan gəlir əlil uşaqların özlərinə verilir:

"Ötən il də bu tədbiri təşkil etmişdik. Həmin vaxt bir günlük təşkil etdik. Lakin, tələbat çox oldu. Sərgi başa çatandan sonra onlarla insan bizə müraciət etdi. Ona görə də, bu dəfə sərgini 2 günlük təşkil etdik. Bu həm də əlillərə Bakı Metropoliteninin bir növ bayram hədiyyəsidir. Sərgi Novruz bayramına həsr olunub".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər