banner
banner

Mədənİyyət

Ankarada azərbaycanlı tələbələr üçün Novruz şənliyi keçirilib

Ankarada azərbaycanlı tələbələr üçün Novruz şənliyi keçirilib

Ankarada “Buta Bakı” Azərbaycan Tanıtım Evində ölkəmizin Türkiyədəki səfirliyi və Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi (AGAH) İctimai Birliyinin birgə təşkilatçılığı əsasında Türkiyədə təhsil alan azərbaycanlı gənclər üçün Novruz şənliyi təşkil olunub. Tədbirə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasında fəal iştirak edən bir qrup əcnəbi tələbə də qatılıb.

AZƏRTAC xəbər verir ki, səfir Xəzər İbrahim, Ankaradakı diplomatik nümayəndəliyimizin təhsil üzrə müşaviri Nəcibə Nəsibova və AGAH sədri Təbriz Cəfərovun çıxışlarında Azərbaycanın təhsil siyasətinin istiqamətləri, bu sahədə həyata keçirilən dövlət proqramlarının əhəmiyyəti, əldə olunan uğurlardan danışıb. Vurğulanıb ki, cəmiyyətimizin aparıcı qüvvəsi olan tələbələr həm yüksək təhsilə yiyələnməli, həm də Azərbaycanla bağlı işlərdə fəallıq göstərməlidir.

Nəcibə Nəsibova təhsil naziri Ceyhun Bayramovun bayram təbrikini gənclərə çatdırıb.

Tədbir Novruzla bağlı bədii proqramla davam edib



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər