banner
banner

Sİyasət

Ekspert: Ermənistan parlamenti sədrinin Bundestaqda "qapılar döymək" cəhdləri iflasa uğradı

Ekspert: Ermənistan parlamenti sədrinin Bundestaqda "qapılar döymək" cəhdləri iflasa uğradı

Ermənistan parlamentinin sədri Ararat Mirzoyan Almaniyaya səfəri çərçivəsində Bundestaqda olarkən martın 18-də Almaniya parlamentində Xocalı soyqırımı daxil olmaqla, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik mövzusunda konfrans – Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri" mövzusunda 7-ci simpozium keçirilib.

Təbdirdə Almaniya Bundestaqının üzvləri, Xarici İşlər Nazirliyinin (XİN) məsul nümayəndəsi, jurnalistlər, ictimai-siyasi xadimlər iştirak ediblər.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib ki, ümumiyyətlə, Ermənistanın Avropa İttifaqı (Aİ) ilə sıx əlaqələr qurmaq səylərinin ardıcıl iflasa uğramasından sonra eyni uğursuzluğu Avropanın bəzi aparıcı ölkələri ilə münasibətlər müstəvisində də görürük:

"Ermənistan parlamenti sədrinin Almaniyada səfərdə olduğu bir vaxtda bu ölkənin parlamentində - Bundestaqda Azərbaycanla bağlı keçirilən tədbirlər diqqət çəkir. Almaniya parlamentində Xocalı soyqırımının yad edilməsi, Qafqazda sülh və təhlükəsizlik mövzusunda geniş müzakirələrin aparılması buna sübutdur. “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri" adlı konfransın müzakirələrində Almaniya deputatlarının, XİN rəsmisinin, ictimai-siyasi xadimlərin, media nümayəndələrinin iştirakı tədbirin mötəbərliyini artırmaqla bərabər, Ermənistan parlamenti sədrinin bu ölkədə keçirdiyi görüşləri tam neytrallaşdıraraq effektini heçə endirir".

A.Quliyev xatırladıb ki, bir müddət əvvəl Baş nazir Paşinyan Brüsselə son səfərində qarşıya qoyduğu məqsədlərin heç birinə nail ola bilmədi, maliyyə yardımı almaq cəhdləri nəticə vermədi: "Dərhal sonra Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən rəsmi sənəd qəbul etməsi Ermənistan diplomatiyasına növbəti zərbə oldu. Faktların təhlili göstərir ki, Ermənistan rəhbərliyi Avropa İttifaqının Almaniya kimi ayrı-ayrı ölkələri ilə əlaqələri yaxşılaşdırmaq yolu ilə Aİ müstəvisindəki planlarını həyata keçirmək istəyir. Ermənistan parlamenti sədrinin bu günlərdə Bundestaqda "qapılar döymək" cəhdlərinə məhz bu prizmadan baxmaq lazımdır. Ancaq göründüyü kimi, hədəfə doğru dolayı təsir effekti ilə hesablanmış bu taktika alınmadı".

Ekspert bildirib ki, Ermənistan diplomatiyasının bu uğursuzluğu ilk növbədə Azərbaycanın bu ölkə ilə qurduğu iqtisadi, ticarət və investisiya sahələrində tərəfdaşlıq münasibətlərinin nəticəsidir:

"Digər tərəfdən, Ermənistanı "məxməri inqilab" adı altında "demokratikləşən" ölkə kimi təqdim etmək siyasətinin iflasa uğraması göz qabağındadır. Nəhayət, Ermənistanın bütün səylərinə baxmayaraq, Azərbaycan diplomatiyası düşmənin əsl təcavüzkar simasını ifşa etmək istiqamətində geri dönüşü olmayan, mübahisəsiz, üstün mövqelərə çıxıb. Almaniya parlamentində Ermənistan spikerinin görüşləri ilə eyni vaxtda Xocalı tədbiri və Qafqazda təhlükəsizliklə bağlı müzakirələrin keçirilməsi təsadüfi deyil, Azərbaycanın Ermənistan üzərində diplomatik üstünlüklərinin təzahürlərindən biridir. Bu fakt bir daha sübut edir ki, Ermənistanın təcavüzkar siyasətinin nəticələrini tanıtmaq səyləri tamamilə ifşa olunub. Ermənistan məğlub edilmiş təcavüzkar ölkə olaraq bütün müvafiq hüquqi, siyasi, diplomatik öhdəlikləri sonadək icra etməyə məhkumdur".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər