banner
banner

Sİyasət

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, Birinci vitse-prezidentin rəsmi "İnstagram" hesabında dərc olunan təbrikdə deyilir:

"Əziz dostlar! Səmimi təbriklərinizə, xoş arzularınıza, sevgi və dəstəyinizə görə sizin hər birinizə öz adımdan və Prezidentin adından dərin minnətdarlığımı bildirirəm!

Biz sizin xoş münasibətinizi daim hiss edirik və məhz sizin sevginiz bizim ən böyük güc və ilham mənbəyimizdir!

Böyük Azərbaycan xalqının övladlarından biri olduğuma və xalqımla birgə olduğuma görə xoşbəxtəm!

Bütün Azərbaycan xalqını bayram münasibətilə təbrik edirəm! Allah Vətənimizi qorusun, sülh və əmin-amanlıq bəxş etsin! Hər birinizə cansağlığı, xoşbəxtlik, tükənməz aydınlıq, xoş güzəran və sevgi arzulayıram!

Hamınıza dərin təşəkkürümü bildirirəm!"

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ərdoğan: "Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bölgədə yeni dövrün başlanğıcı olmasını arzu edirik"

Cia.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasının - AKP-nin martın 12-də təşkil etdiyi iftar süfrəsində Cənubi Qafqazda sabitliyin əhəmiyyətindən danışıb, Azərbaycan-Ermənistan ilə arasında sülh müqavilənin imzalanacağı təqdirdə bölgədə yeni dövrün başlanacağına ümidvar olduğunu bildirib.