banner
banner

Fotosessİya

İtalyansayağı gözəllik: tarixdə qalan 8 seks simvol - FOTOSESSİYA

| Xəbər 60667 dəfə oxunub
İtalyansayağı gözəllik: tarixdə qalan 8 seks simvol -

İtaliya görkəmli dizaynerləri ilə yanaşı gözəl qadınları ilə də məşhurdur. Təsadüfi deyil ki, italyanlar dünyanın ən gözəl qadınları hesab edilir. Qadın forması, ehtirası, erotikası ilə “seks simvol” rəmzini bu xanımlar heç bir mübahisəsiz qazanır.

Cia.az İtaliyanın ən gözəl və məşhur xanımları haqqında qısa məlumatları təqdim edir.

Ornella Muti

Bir tərəfi estoniyalı olan italyan gözəli Ornella Muti – doğma torpaqların atipik gözəllik təcəssümüdür. Zərif fiqura, göy gözlər, buğdayı saçlar – ekzotik sayılan bir gözəllikdir. Sanki zaman ona heç təsir etmir. 60 yaşında belə, əsl gözəlçədir.

Sofi Loren

İtaliyanın doğma adamı olan Sofi Lorenin universal populyarlığı var. Tarixə aktrisadan daha çox gözəllik simvolu kimi daxil olub. Kişilər onun qarşısında diz çökür, qadınlar isə onu təqlid etməyə başlayırdılar. Dolğun forma, bənövşəyi gözlər, iri dodaqlar – hər kəs onun bu gözəlliyindən ötrü ölürdü, ancaq onun ürəyi yalnız kino prodüser Karlo Pontiyə məxsus idi.

Cina Lollobricida

Gözəlliyinin faktı odur ki, “dünyadakı ən gözəl qadınlar”, “Notre Dam” foto layihəsində iştirak edib. Maili gözlər, ideal üz simmetriyası ilə ancaq öz dövrünün digər gözəli Sofi Lorenlə rəqabət aparırdı.

Klaudia Kardinale

Bütün dövrün ən çox arzulanan italyan qadınlarından biri də Klaudia Kardinaledir. O, təkcə İtaliyada deyil, Misirdə də çox arzulanırdı. Ana dilini bilməməsi (fransız dilində danışırdı) onun bu məşhurluğuna mane olmadı. Ancaq maraqlısı odur ki, onu sevən çox adamın, hətta yaraşıqlı Alen Delonun da sevgisini rədd edib.

Monika Belluçi

“Bizim dövrün seks simvolu” adını qazanan məşhur italyan Monika Belluçi mələk üzü, erotik bədən quruluşu ilə hamını heyran edir.

Byanka Balti

İtalyan və Azərbaycan sevgisinin “meyvəsi” olan Byanka Balti mavi gözləri ilə hamıda ilk baxışdan elektrik yayır.

Olivia Kalpo

“Miss Kainat” yarışmasında ABŞ təmsilçisi olan Olivia bu gözəlliyini italyan qanına borcludur. Atası italyan, anası irlandiyalıdır.

Katerina Murino

“Kazino”, “Royal” filmlərində onunla birgə baş rolu paylaşan “Ceyms Bond” belə Katerinanın gözəlliyinin qarşısında müqavimət göstərə bilməyib. Murino 1997-ci ildən bəri ölkəsinin gözəllik simvolu adlandırılır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi