banner
banner

Gündəm

Elton Məmmədov büdcə vəsaitini banka qoymaqla faiz götürüb? - İDDİA

Elton Məmmədov büdcə vəsaitini banka qoymaqla faiz götürüb? - İDDİA

Akademik Ramiz Mehdiyevin yaxın adamı hesab edilən keçmiş deputat Elton Məmmədovla bağlı məsələ bir neçə gündür müzakirə obyektidir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər idarəsinin sabiq müdiri, hazırda həmin qurumun Rəyasət Heyəti Aparatının Sosial xidmətlər şöbəsinin müdiri olan Elton Məmmədov bu qurumda baş verən qanunsuzluqlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqa cəlb edilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə 3 milyon manat büdcə vəsaitinin əsassız olaraq xərclənməsinə şübhələr müəyyən edilib.

Baş Prokurorluqdan bildirilib ki, istintaq tədbirləri nəticəsində əsassız olaraq xərclənmiş 3 milyon manat büdcə vəsaitinin Elton Məmmədov tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənilməsi təmin edilib.

“Elton Məmmədov Baş Prokurorluğa dəvət olunub, ona qanunvericiliyin tələbləri izah edilməklə rəsmi xəbərdarlıq edilib”, - deyə rəsmi məlumatda bildirilib.

Hurriyyet.az xəbər verir ki, rəsmi qurumların Elton Məmmədovla bağlı bu cür yumşaq davranışı sosial şəbəkələrdə və ictimaiyyətdə etirazlara səbəb olub.

Bununla bağlı müzakirələrdə eks-nəqliyyat nazirnin qardaşı olan keçmiş deputata külli miqdarda büdcə vəsaitinin mənimsənilməsinə görə sadəcə xəbərdarlıq edilməsinin çox yüngül cəza olduğu vurğulanmaqdadır.

İqtisadçı Natiz Cəfərli bildirib ki, Elton Məmmədov həmin vəsaiti hələ 3-4 il əvvəl mənimsəyib və ola bilsin ki, onu bamka yerləşdirməklə yaxşı pul qazanıb.

“Əgər o, 3 milyon manatı banklara illik 8-9%-lə (indi 10% də var) depozitə qoysaydı, ilə 240-270 min, 3 ilə ortalama 700-750 min manat pul qazanardı.

Yaxşı biznesdir, 3 milyon manat oğurla qoy banka, 3 il depozit faizini götür, sonra qaytar, sonda da sənə ancaq xəbərbarlıq etsinlər”, - deyə ekspert kinayə ilə vurğulayıb.

Modern.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda suya da limit tətbiq ediləcək

Azərbaycanda kommunal xidmətlər sahəsində aparılan islahatlar çərçivəsində tarif siyasətinin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılır. Qaz və elektrik enerjisində olduğu kimi, su təchizatı xidmətlərində də diferensiallaşdırılmış tariflərin tətbiqi gündəmdədir. Bu dəyişikliklər resursların daha səmərəli idarə olunmasına, istehlak mədəniyyətinin formalaşmasına və su ehtiyatlarının qorunmasına xidmət etməyi hədəfləyir. Elə bu kontekstdə həmin diferensial tariflərin nə zaman qüvvəyə minəcəyi məsələsi də aktuallaşır.

Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam etdirilir. Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.