banner
banner

Sİyasət

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayıb.

Cis.az mətbutun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Ölkənizin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə həkk olunmuş bu tarixi gün Əlcəzair xalqının müstəqillik və azadlıq əzminin, sarsılmaz iradəsinin, milli birlik və həmrəyliyinin təcəssümüdür.

Azərbaycan ilə Əlcəzairi ənənəvi dostluq və qardaşlıq münasibətləri birləşdirir. Biz bu münasibətlərin inkişafına, əməkdaşlığımızın genişlənməsinə böyük əhəmiyyət veririk.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da birgə səylərimizlə müvəffəqiyyətlə davam edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və rifah diləyirəm".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlham Əliyev İrəvana gedəcək?

Məlum olduğu kimi, bir neçə gün əvvəl Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Avropa Siyasi Birliyinin gələn ilin yazında keçiriləcək sammitində iştirak etmək üçün İrəvana dəvət olunduqlarını açıqlayıb.

Zəngəzur, AZAL, Mehdiyev... - Putin Əliyevə niyə indi zəng etdi?

Rusiya prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə zəngində “niyə indi sualı” xüsusilə diqqət çəkir. Rusiya tərəfinin Düşənbə görüşündən sonra yüksək səviyyədə təmasları bərpa etmək niyyəti aydındır, lakin bu zəngin indi edilməsi Moskvanın məqsədinə dair müəyyən təxminlər yaradır.