banner
banner

Gündəm

Azərbaycanda generalın qardaşı biznes oyunu

Azərbaycanda generalın qardaşı biznes oyunu

Milli Məclisin keçmiş deputatı Elxan Süleymanovun oğlu, gömrük xidməti general-mayoru Vurğun Süleymanovun qardaşı Gündüzün adı dələduzluqda hallanır.

Bakı sakini, iş adamı Nifti Niftiyev “Yeni Sabah”a müraciət edərək bildirib ki, generalın qardaşı onun 98 min manatını alıb və geri qaytarmır.

Sahibkarın sözlərinə görə, Gündüzlə qonşuluqda yaşayırlar və uzun illərdir tanışdırlar:

Şikayətçi deyib ki, generalın qardaşı 15 ildir elektron avadanlıqların topdan satışı ilə məşğuldur və uzun müddət onun marketinə mal verib: “Gündüz mənim etibarımı qazandıqdan sonra birgə iş qurmaq təklifi irəli sürdü. Dedi ki, işi böyüdək, daha çox qazanc əldə edərik. Mən də razılaşdım. Bu məqsədlə iki evimi sataraq 162.200 manat pulu ona verdim. Əvəzində cəmi 64 min manatlıq mal ala bildim. Həmin malları da sata bilməmişəm”.

N.Niftiyev bildirib ki, sonuncu sövdələşmədə 80 min manat qazanc gözlənilirmiş:

“Razılaşmaya görə 40 mini mənim, 40 mini onun olmalı idi. Amma mal gətirilmədi. Bundan sonra Gündüz mənimlə əlaqəni tam kəsdi. Onda anladım ki, bu adam dələduzdur, ona görə qaçıb. Bundan sonra bir gün səhər məni yığdı, dedi ki, atam yüksək vəzifədə işləyib, qardaşım general olub, pulunu tələb etməkdə davam etsən, harasa şikayət etsən sənə yaxşı olmaz və s. Bu kimi ifadələrlə məni hədələdi”.

İş adamının sözlərinə görə, məsələyə bir dəfə də polis qarışıb. Belə ki, Gündüzün həyat yoldaşı ondan şikayət edib: “Guya mən onu hədələmişəm, lakin polisin araşdırması zamanı bu iddiaların əsassız olduğu üzə çıxdı”.

N.Niftiyev məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Sahibkarın istəyi işin obyektiv araşdırılaraq ədalətli qərarın qəbul olunmasıdır: “Mənə külli miqdarda maddi ziyan vurulub, mənəvi zərərə uğramışam. Hazırda Gündüz nə mənimlə əlaqə saxlayır, nə də pulu qaytarır. Telefonunun nömrəsini 5-6 dəfə dəyişib. Telefon nömrəmi qara siyahıya salıb. Onun mənə 98 min borcu var, 7 aydır məni aldadır, vermir. Onun qardaşları general-mayor Vurğun Süleymanov, polkovnik Ziya Süleymanov və vergidə işləyən qardaşı Çingiz Süleymanovla dəfələrlə danışmışam, pulumun qaytarılmasını xahiş etmişəm, amma xeyiri olmayıb”.

XALQ xəbər verir ki,“Yeni Sabah” Nifti Niftiyevin iddiaları ilə bağlı general-mayor Vurğun Süleymanovun və qardaşının mövqeyini öyrənmək istəyib.

Lakin onlarla danışmaq mümkün olmayıb. V.Süleymaov telefon zənglərinə cavab verməyib, göndərilən mesajlara baxdıqdan sonra isə redaksiyamızın nömrəsini qara siyahıya salıb, ona bir daha zəng etmək mümkün olmayıb.

Dələduzluq iddiasında adı çəkilən əsas şəxs olan Gündüzün telefonları isə bağlı olub.

Qeyd edirik ki, qarşı tərəfin mövqeyini işıqlandırmağa, onun açıqlamasını dərc etməyə tam hazırıq. Vurğun Süleymanov və ya onun nümayəndəsi istənilən vaxt redaksiyamızla əlaqə saxlayaraq öz münasibətini bildirə və cavab haqqından yararlana bilər.

Xatırladaq ki, Vurğun Süleymanov 2004–2006-cı illərdə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Maliyyə-Tarif şöbəsində inspektor, 2006–2007-ci illərdə həmin idarənin Maliyyə-Tarif və Tədiyyələr bölməsinin rəisi, 2007–2014-cü illərdə rəis müavini, 2014–2019-cu ilədək isə Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışıb.

Gündüzün digər qardaşı Ziya Süleymanov Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəis müavini vəzifəsində çalışıb.

xalq.online



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda suya da limit tətbiq ediləcək

Azərbaycanda kommunal xidmətlər sahəsində aparılan islahatlar çərçivəsində tarif siyasətinin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılır. Qaz və elektrik enerjisində olduğu kimi, su təchizatı xidmətlərində də diferensiallaşdırılmış tariflərin tətbiqi gündəmdədir. Bu dəyişikliklər resursların daha səmərəli idarə olunmasına, istehlak mədəniyyətinin formalaşmasına və su ehtiyatlarının qorunmasına xidmət etməyi hədəfləyir. Elə bu kontekstdə həmin diferensial tariflərin nə zaman qüvvəyə minəcəyi məsələsi də aktuallaşır.

Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam etdirilir. Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.