banner
banner

Gündəm

Bir nazir, bir agentlik sədri vəzifədən ÇIXARILACAQ

Bir nazir, bir agentlik sədri vəzifədən ÇIXARILACAQ

Dövlət idarəçiliyində genişmiqyaslı kadr islahatlarına start verilib. 

Cia.az xəbər verir ki, Modern.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, yaxın günlərdə iki yüksək vəzifəli şəxs postunu itirəcək. Bu barədə artıq siyasi qərar qəbul olunub. Məsələ ilə bağlı onların özlərinə xəbərdarlıq edilib.

Mənbənin verdiyi məlumata görə, islahatların məqsədi dövlət idarəetməsində məsuliyyətin və şəffaflığın artırılmasıdır.

Son dövrlər bəzi rəhbər şəxslərin fəaliyyətində ciddi nöqsanlar müşahidə edilib. Xüsusilə sosial şəbəkələrdə işlərini göstərmək əvzəinə, özlərini ön plana çıxarmaq cəhdləri, saxta və ya şişirdilmiş statistika təqdim edilməsi kimi hallar narazılıq doğurub.

Araşdırmalar zamanı bəzi məmurların dövlət vəzifəsindən şəxsi maraqları üçün istifadə etdiyi faktlar üzə çıxıb. Halbuki onlar zamanla cəmiyyətə dürüstlük dərsi keçiblər. Bu cür hallara qarşı sərt mövqe nümayiş etdirmək qərarı verilib. Məsuliyyət və hesabatlılıq prinsiplərinə əməl etməyən rəhbərlərin vəzifədən uzaqlaşdırılması qərara alınıb.

Rəhbəri işdən çıxarılacaq iki qurumdan birinin nazirlik, digərinin isə dövlət agentliyi olduğu bildirilir. Hər iki struktur ölkənin həyatında mühüm rol oynayır.

Bu səbəbdən dəyişikliklər dövlət idarəçiliyi sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Yeni təyinatların peşəkar, gənc və dövlətə sadiq şəxslər arasından seçiləcəyi gözlənilir. İslahatların davamı kimi digər dövlət qurumlarında da yoxlamalar aparılacaq. Məqsəd idarəçilikdə şəffaflığı artırmaq, vətəndaş məmnuniyyətini təmin etmək və dövlətin nüfuzunu qorumaqdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda suya da limit tətbiq ediləcək

Azərbaycanda kommunal xidmətlər sahəsində aparılan islahatlar çərçivəsində tarif siyasətinin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılır. Qaz və elektrik enerjisində olduğu kimi, su təchizatı xidmətlərində də diferensiallaşdırılmış tariflərin tətbiqi gündəmdədir. Bu dəyişikliklər resursların daha səmərəli idarə olunmasına, istehlak mədəniyyətinin formalaşmasına və su ehtiyatlarının qorunmasına xidmət etməyi hədəfləyir. Elə bu kontekstdə həmin diferensial tariflərin nə zaman qüvvəyə minəcəyi məsələsi də aktuallaşır.

Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam etdirilir. Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.