banner
banner

Mədənİyyət

Yunus Oğuzun “Sultan Alp Arslan” romanı özbək dilində

Yunus Oğuzun “Sultan Alp Arslan” romanı özbək dilində

Yazıçı-publisist Yunus Oğuzun “Sultan Alp Arslan” romanı Daşkənddə özbək dilində işıq üzü görüb. 
Görkəmli özbək ədibi Usmon Kuçkorun tərcüməsində “Sulton Alp Arslon” adlanan kitab “MUMTAZ SOZ” nəşriyyatında çap edilib. 
Romanın məsul katibi filologiya elmləri doktoru, professor Xamidulla Boltabayevdir. 
Qeyd edək ki, bu, Yunus Oğuzun "Əmir Teymur", "Şah arvadı və cadugər" əsərlərindən sonra özbək dilində çap edilən üçüncü romanıdır.

Yazıçının "Qədim Anadolu və Azərbaycan türkləri", "Qarabağ nəzarətsiz zona" (ingilis

dilində), "Türkün tarixinə yeni bir baxış" kitabları, "Nadir şah" və digər romanları çap olunub. O, həmçinin, "Qədim türklər və passionarlıq nəzəriyyəsi"; adlı elmi əsərin müəllifidir.

Yunus Oğuzun əsərləri Özbəkistandan başqa Türkiyə, Rusiya, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Ukrayna və digər ölkələrdə çap edilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər