banner
banner

Mədənİyyət

Bəxtiyar Vahabzadə günüdür

Bəxtiyar Vahabzadə günüdür

Bu gün müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Şairi, dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadənin doğum tarixidir.

Cia.az-ın məlumatına görə, Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəkidə anadan olub. 1959-cu ildə yazdığı tarixi “Gülüstan” poeması şairə məşhurluq gətirib. Zəngin yaradıcılığı boyunca 20-dək poema, 10 dram əsəri yazıb. Bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub. 
Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də vəfat edib. Bakıda, Fəxri Xiyabanda dəfn olunub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər