banner
banner

Gündəm

YAP-çı deputatın qohumları vətəndaşa hücum etdi- '1001 GECƏ'DƏ NÖVBƏTİ QALMAQAL

YAP-çı deputatın qohumları vətəndaşa hücum etdi-
Bakının Səbael rayonundakı Şıx çimərliyində Milli Məclisin YAP-dan olan təmsilçisi Hüseynbala Mirələmovun qohumları ona məxsus “1001 gecə” istirahət mərkəzində növbəti qalmaqal yaradıblar. 
Bu barədə Gununsesi.info-ya məlumat verən Bakı sakini  Vüqar Məmmədov bildirib ki, bir neçə nəfər ailə üzvləri ilə birlikdə çimərliyə gedib. Çimərliyə giriş zamanı 4 nəfərin hər birindən 3 manat pul tələb olunub: “Mən onlara xatırlatdım ki, çimərliklərə giriş pulsuzdur. Mən 4 nəfərin hər biri üçün 3 manatdan versəm, bu 12 manat edir ki, buna da imkanım çatmır. Ancaq onlar mənə qarşı zorakılıq törətdilər. Çimərlik ərazisinə daxil olsam da avtomobillərini yüksək sürətlə qarşıma çıxardılar və mənə güc tətbiq etdilər. Mən şikayət edəcəyimi desəm də mənə deputat adı çəkdilər. Dedilər ki, bura Hüseynbala Mirələmovundur, get, hara şikayət edirsənsə, et. Özlərini də həmin deputatın qohumları kimi təqdim etdilər. Mən məcbur olub onların qanunsuz tələblərinə əməl etdm. Ancaq bu dəfə mənə hər hansı bir qəbz verməkdən imtina etdilər. Mən zorakılığa məruz qalmağımla polis orqanına şikayət edəcəm. Amma sizing saytınızda xahiş edirəm ki, çimərliyə giriş məsələsi barədə aidiyyatı orqanlardan cavab alasınız. Həmçinin, bu  obyektdə gündəlik 10-15 min manatlıq dövriyyə olur. Amma heç kəsə qəbz verilmir. Açıq şəkildə vergidən yayınırlar. Bu qanunsuzluğu ictimailəşdirməyinizi xahiş edirəm”.
 
Onu da qeyd edək ki, Vüqar Məmmədov ona qarşı zorakılıq edən şəxslərin avtomobillərinin və özlərinin fotolarını da saytımıza təqdim edib. Fotolardan görünür ki, vətəndaşın qabağını kəsən avtomobildən biri 90 GB 919 dövlət nömrə nişanlı “Mersedes”, digəri isə 90 UV 898 dövlət nömrə nişanlı “Chevrolet”dir.
 
d2
 
MERS
 
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti hər yay mövsümündə sərəncam verərək bəyan edir ki, sahilyanı zonalara, çimərliklərə giriş pulsuzdur və buna müvafiq strukturlar tərəfindən nəzarət olunur. Ancaq reallıqlar başqa şey deyir. Görünür, buradakı qanunsuz pul yığımından həmin qurumlara da çatır ki, minlərlə imkansız vətəndaşın cibindən oğurluğa göz yumulur.
Onu da qeyd edək ki, bu fakt  Hüseynbala Mirələmovun yaxınları ilə bağlı ilk fakt deyil. Bir neçə il əvvəl deputatın qardaşı oğlu həmin obyektdə başqa bir vətəndaşı güllələyərək, öldürüb. Düzdür, Hüseynbala Mirələmov qardaşı oğlunu “dəli” adı ilə həbsdən qurtarmağa çalışsa da buna nail ola bilmədi və qatil ömürlük azadlıqdan məhrum edildi.
 
dep
 
d3
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.

Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur – Vergi Xidməti bu müəmmanı açacaqmı?

Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.