banner
banner

Gündəm

Yazıçı Anar: Həbslər mənim problemim deyil

Yazıçı Anar: Həbslər mənim problemim deyil
Respublika Prokurorluğunun 15 iyul Türkiyə olaylarından sonra cinayət işi açması və son həbslər media və sosial şəbəkələrdə bir sıra araşdırmalara rəvac verdi. Məlum oldu ki, Türkiyədə terrorçu təşkilatın rəhbəri elan edilən Fətullah Gülənin "Dialoq Avrasiya Platforması" (DAP) beynəlxalq ictimai təşkilatının fəxri başqanı, AYB sədri Anar Rzayev imiş. Meydan TV bu istiqamətdə yaranan suallara yazıçı Anarın cavablarını almağa cəhd edib.

- Anar müəllim, son bir neçə gündə Azərbaycanda Fətullah Gülənlə bağlı olduğu bildirilən "Dialoq Avrasiya Platforması" (DAP) beynəlxalq ictimai təşkilatın fəxri başqanı olmağınız haqqında fikirlər səslənir. Bu barədə nə deyə bilərsiniz?
 
- O təşkilatın rəhbəri yazıçı Çingiz Aytmatov, fəal üzvü Oljas Süleymanov və Moskvadan akademik Rıbakov olub. Onların tədbirlərində rəhmətlik Heydər Əliyev çıxış edib. Mən də o təşkilatın üzvü olmuşam. Gülənlə heç bir əlaqəm yoxdur və onun kim olduğunu bilmirəm.

- Bir ziyalı olaraq Azərbaycanda Fətullah Gülənə görə həyata keçirilən həbsləri necə qiymətləndirirsiniz?
 
- Bilmirəm, o, mənim problemim deyil.
 
- Bəs təşkilatla əlaqəniz varmı?
 
- Yox, onların özləri də dağılıblar.
 
- Təşkilata üzv olanda Gülənin kim olduğunu bilirdinizmi?
 
- Mən heç o təşkilatın Gülənlə bağlı olduğunu da bilmirdim. Təşklilat Türkiyənin rəsmi təşkilatlarından biri idi, ona görə də Gülənlə maraqlanmırdım.
 
- Ancaq fəxri başqan idiniz...
 
- Bəli.

- O zaman fəxri başqanlığı necə qəbul etdiniz?
 
- Ona görə qəbul etdim ki, onların gördüyü işləri Azərbaycanda da yüksək qiymətləndirirdilər, o cümlədən, rəhmətlik Heydər Əliyev də. Vaxtilə Heydər Əliyev onların Bakıdakı toplantısında çıxış etdi, onda heç Gülənin adı da yox idi. Gülənin adını indi eşidirik.
 
- Gülənlə bağlı Türkiyədəki hadisələri necə qiymətləndirirsiniz?
 
- Türkiyədə demokratiya qalib gəldi, xalq küçələrə çıxıb qanuni seçdiyi prezidentini müdafiə etdi, bununla da hər şey bitdi.
 
- Siz Gülənin terrorçu təşkilata rəhbərlik etdiyinə inanırsınızmı?
 
- Elə sual verirsiniz ki... Mən nə bilim Gülən hansı təşkilatın rəhbəridir? Əgər Türkiyə belə hesab edirsə, görünür, nəsəyə əsaslanıb deyir də. İndi mən düz, yaxud yalan dediyklərini söyləyim? Bunun mənə nə aidiyyatı var?
 
- Ancaq Azərbaycanda da cinayət işi açılıb, AXCP sədrinin köməkçisini və partiya üzvünü həbs ediblər...
 
- Məni onlara qarışdırmayın, xahiş edirəm. Sualınızı verdiniz, cavab verdim.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.

Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur – Vergi Xidməti bu müəmmanı açacaqmı?

Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.