banner
banner

Gündəm

Amerika Güləni verəcəkmi?

Amerika Güləni verəcəkmi?
Hazırda Türkiyə və qismən də beynəlxalq medianın gündəmini təşkil edən əsas mövzularından biri də Fətullah Gülənin Türkiyəyə verilməsidir. 
 
Ankara 15 iyul qiyamından sonra Vaşinqtondan Gülənin geri verilməsi tələbini sərtləşdirib, hətta bunu iki ölkə münasibətləri üçün kritik mövzu elan edib. Vaşinqton Güləni verməzsə, Ankara kimi dostunu itirə bilər. 
 
Qeyd edək ki, Türkiyədə ən nüfuzlu dini camaatlardan birinin lideri olan Fətullah Gülən ötən əsrin 90-cı illərinin sonlarında, Türkiyə məhkəməsi tərəfindən (ordu generallarının sifarişi ilə - K.R) həbs qərarı çıxarıldığı zaman gizli şəkildə Türkiyəni tərk edərək ABŞ-a yerləşib. O zamanda bu yana Pensilvaniya ştatında yaşayan Gülən AKP hakimiyyəti dönəmində, üzərində olan axtarış qərarları ləğv olunsa da, Türkiyəyə qayıtmayıb. 
 
2013-cü ilin dekabrın 17-də Türkiyədə “Gülən camaatı” ilə AKP hökuməti arasında ilk qarşıdurmadan sonra Ankara bir neçə dəfə onun Türkiyəyə verilməsi tələbini səsləndirsə də, bu çağırış cavabsız qalıb. Ancaq 15 iyul olaylarından sonra Gülənin geri verilməsi məsələsi ciddi tələbə çevrilib. Çünki Türkiyə hakimiyyəti 15 iyul olaylarının arxasında “Gülən camaatı”nın və birbaşa onun özünün dayandığını ən yüksək səviyyədə, qanun çərçivəsində rəsmiləşdirib. İndi isə qiyamda əsas ittiham olunan şəxsin geri verilməsi Türkiyənin rəsmi mövqeyidir. 
 
gülen pensilvan ile ilgili görsel sonucu
 
Ancaq Gülənin geri verilməsi mövcud qanunlar və Amerika praktikası baxımından mümkünsüz görünür. Daha əvvəl ABŞ rəsmiləri bəyan edib ki, əgər belə bir hüquqi tələb olarsa, əvvəlcə hökumət (Dövlət Departamenti – K.R) bu müraciəti araşdıracaq, daha sonra isə ittihamnamə məhkəməyə çıxarılacaq. Gülənin Türkiyəyə verilməsi isə ABŞ hökumətinin deyil, uyğun yerli məhkəmənin hökmü nəticəsində mümkün ola bilər. Yeri gəlmişkən, iki gün əvvəl ABŞ Dövlət Departamentinin rəsmi sözçüsü bəyan etdi ki, Gülənin geri qaytarılması ilə bağlı Ankaranın müraciəti 15 iyul qiyamı ilə bağlı deyil. Mark Toner gündəlik brifinqdə bildirib ki, Gülənin ekstradisiyası tələbi daha əvvəl ittiham olunduğu cinayətlərlə bağlıdır. Bu isə anlaşılandır, çünki 15 iyul olaylarının rəsmi istintaqı hələ başa çatmayıb. 
 
bayden ərdoğan ile ilgili görsel sonucu
 
Gülənin Türkiyəyə verilməsi mövzusu ABŞ vitse-prezidenti Cozef Baydeninin Ankara səfərində də əsas müzakirə mövzusu olub. Türkiyə mediasının məlumatına görə, səfər öncəsi Bayden Gülənin geri qaytarılmasının hökumətin əlində olmadığını bildirib. Bayden bildirib ki, bu barədə qərarı Amerika məhkəməsi verəcək. Bununla da əslində Gülənin geri qaytarılmasının mümkünsüzlüyünə işarə edib. 
 
Qeyd edək ki, ABŞ və Türkiyə arasında 1979-cu ildə imzalanmış anlaşmaya əsasən, tərəflər tələb etdikləri şəxsləri almaları üçün tələb olunan (yəni Gülən – K.R) şəxsin cinayətini “şübhəyə yer qoymayacaq” bir şəkildə sübut edəcək faktlar təqdim etdiyi təqdirdə mümkün ola bilər. İndi şərtlərdə, yəni konkret Gülənin geri qaytarılması məsələsində Türkiyənin bu cür konkret sübut təqdim etməsi isə mümkün deyil. Çünki bəlli olduğu kimi “camaat” xeyli dərəcədə qapalı olub və fəaliyyətlərində hansısa əmrin birbaşa Gülən tərəfindən verildiyi və ya cinayətdə onun iştirak etdiyini sübut edən bariz dəlillərin əldə olunması çox çətindir. Əldə olunan dəlillərin ABŞ Ədliyyə Nazirliyini razı salacağı indidən şübhə doğurur. 
 
Hətta bütün bunlar olsa və Türkiyə istintaqı amerikalıları qane edəcək sübutları təqdim etsə belə, bu, Gülənin həmən Türkiyəyə verilməsi anlamına gəlmir. Çünki məsələ ondadır ki, hazırkı hüquqi prosesdurlara əsasən ölkə daxilində hüquqi proseslərdən müsbət nəticə aldıqdan sonra geri verilmə sənədi Dövlət Departamentinə, dövlət katibinin qarşısına gəlir. Son qərarı isə siyasi rəhbərlik, yəni dövlət rəhbərliyi ilə razılaşdırdıqdan sonra dövlət katibi verir. İndiki halda fərz olunsa ki, bütün sənədlər yetərlidir, son qərarı verəcək olan dövlət katibi Con Kerri “insani məsələləri” əsas götürərək Gülənin geri verilməsindən imtina edə və ya prosesi uzada bilər. Yəni bir mənada Gülənin verilməsi qərarı Amerika ədliyyəsi ilə yanaşı siyasi hakimiyyətinə bağlıdır. Türkiyə ilə ABŞ münasibətləri elə olmaldıır ki, bu, dövlət katibinin qərarına təsir eləsin. Bu məsələdə qərarı xarici siyasət idarəsi rəhbərinin verməsi, işin içində diplomatiya olduğunu göstərir. Məsələn, ABŞ rəhbərliyi bu qənaətə gəlsə ki, Türkiyə hakimiyyəti Fətullah Güləni ədalətli məhkəmədə deyil, siyasi sifarişlə mühakimə etdirəcək, o zaman bu qərar mənfi ola bilər.
 
abd türkiye ile ilgili görsel sonucu
 
Hazırda isə həm siyasi mənada Türkiyə-ABŞ münasibətləri xeyli dərəcədə gərgindir, üstəlik ABŞ ədliyyəsi Türkiyədə məhkəmə və prokurorluq sisteminə şübhəli yanaşır. Ya da ən azı belə bir görüntü var. Bu isə o deməkdir ki, Gülənin geri qaytarılması Türkiyə istintaqının işi ilə yanaşı, diplomatiya və siyasi rəhbərliyindən asılıdır. İki ölkə münasibətlərinin hazırkı durumu, Qərbdə Türkiyəyə qarşı münasibət və nəhayət F.Gülənin Qərbdə, xüsusən də ABŞ-dakı yeri və əlaqələri onun Türkiyəyə geri verilməsini hardasa mümkünsüz edir. Digər tərəfdən, Gülənin Qərbə bağlı olması, yaxın əməkdaşlıq etməsi onun geri qaytarılmasını mümkünsüz edir. Amerika isə uzun illər əməkdaşlıq etdiyi müttəfiqini rahat şəkildə geri qaytarmaz. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İran xarici hərbi qüvvələrin Xəzər ətrafına gəlməsinə qarşıdır

Cia.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Xəzər ətrafında üçüncü ölkələrin öz hərbi təsirini gücləndirməli olmamalarını bəyan edib. Onun sözlərinə görə, bu region ölkələrinin maraqlarına uyğun deyil. İran XİN-in verdiyi məlummata görə,

Talıbovlar yenidən meydan oxuyur: Naxçıvanda nə baş verir?

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya daxil olan məlumata görə, Ali Məclisin sabiq rəhbəri Vasif Talıbovun böyük oğlu Rza Talıbov əvvəlcədən razılaşdırmadan Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli ilə görüşmək istəyib. Rza Talıbovun avtomobilinin Ali Məclisin həyətinə, özünün isə binaya buraxılması çaşqınlıq yaradıb. Buna görə hətta mühafizə polisinin əməkdaşlarına töhmət verildiyi deyilir.

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.