banner
banner

İqtİsadİyyat

Kulevi neft terminalında 1 200-cü tanker doldurularaq yola salınıb

Kulevi neft terminalında 1 200-cü tanker doldurularaq yola salınıb
SOCAR-ın Gürcüstandakı aktivi olan Kulevi neft terminalı və limanı 1200-cü tankeri doldurub və yola salıb.
“APA-Economics”in Kulevi Qara dəniz terminalın saytına istinadən verdiyi məlumata görə, bu gün liman 1200-cü tankeri qəbul edib, yükləyib və yola salıb.
Xatırladaq ki, Kulevi neft terminalı və limanı 2008-ci ilin mayında istismara verilib. Bir ay sonra isə limana ilk tanker yan alıb.
Qeyd edək ki, Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminalın 2006-cı ildə alınması və 2008-ci ildə tikintisinin başa çatdırılması, SOCAR-ın Gürcüstan ərazisindəki ən əhəmiyyətli investisiya yatırımlarından biridir. Kulevi neft terminalı və limanı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub. Terminal 2008-ci ilin may ayında istifadəyə verilib. Həmin ilin noyabr ayında isə İSO:9001, İSO:14001 və OHSAS:18001 standartlarına uyğun olaraq sertifikasiyaya layiq görülüb. 16 rezervuardan ibarət çən parkının ümumi tutum həcmi 320 000 kubmetr bərabərdir. Dəniz limanı 40 000 və 100 000 tonluq neft tankerlərini qəbul edə bilən yükləmə platformalarından ibarətdir ki, bunların da hər birində eyni zamanda uyğun həcmli neft tankerləri qəbul edilə və 8 000–12 000 m3/saat tezliyi ilə yüklənə bilər. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda siqaretin qiyməti bahalaşacaq?

Mən bir vətəndaş kimi siqaret və alkoqollu içkilərin qiymətinin artmasının tərəfdarıyam. Çünki bu məhsulların istifadəsi bilavasitə insanların səhhəti üçün zərərlidir.

Rubl görün neçəyə oldu - MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Mərkəzi Bankın faiz qərarı - Manatın taleyi...

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 28-də keçirilən iclasında uçot dərəcəsinin 7.75 faizdən 7.5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.75 faizdən 8.5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.