banner
banner

Qadın

Saçları nazikləşdirən 5 vərdiş – Bunları tərgidin!

Saçları nazikləşdirən 5 vərdiş –

Sən də köhnə fotolarına baxanda saçlarının əvvəl necə güclü və həcmli olduğunu düşünürsən? Hər nə qədər inkar etsək də saçların nazikləşməsi sadəcə genetik səbəblərlə bağlı deyil. Saçlarımıza etdiyimiz bəzi yanlış davranışlar da saçın incəlməsinə səbəb olur. 

Çox isti

Saçlarının incəlməsindən şikayətçisənsə, bol buxarlı duşlardan vazkeç. Eyni dərimizdə olduğu kimi çox isti saç tellərini də qurudur. Saç dərisindəki təbii yağ olan “sebum” isti suyun təsirindən silinir və bu da saçların qurumasına yol açır. Saçları qurtarmaq üçün ilıq suyla yuyun.

Sıx saç modelləri

Gərgin və sıx yığılmış saç modelləri saç dərisinə və saç tellərinə zərər verir. Özəlliklə yay aylarında bu cür modellərə üstünlük verdiyimiz üçün saç qırılması problemi daha çox yaşayırıq.

Saç dərisini qaşımaq

Saç dərisində qaşıntı olduğunda qaşımamaq çox çətindir, amma saçları qorumaq üçün bu istəyə qarşı çıxmaq lazımdır.

Saç dərisini qaşımaq saç diblərini və yeni böyüməyə başlayan saç tellərinin zərər görməsinə səbəb olur.

Günəş təsiri

Dəri sağlığı üçün günəşlənməkdən vazkeçmiş olsanız da saçları günəşin zərərli şüalarından qorumaq bir az çətindir.  Uzun müddət ultrabənövşəyi şüalara məruz qalan saçlar zəifləyir, incəlir, qırılır və tökülür. Buna əngəl olmaq üçün saçları şüalardan qoruyacaq saç baxım kremlərini istifadə edin. Şlyapa taxmağı da unutmayın.

Qidalanma

Qidalanma vərdişləri də saçın nazikləşməsində mühüm səbəblərdəndir. Özəlliklə pəhriz saxlayırsansa, qətiyyən ac qalmamağa çalışmalısan, yoxsa saç böyüməsi dayanar Bu səbəbdən protein və bol vitaminli qidalanın.

Saçların qalınlaşması üçün 1 xörək qaşığı zeytun yağ, 1 xörək qaşığı jojoba yağı və 1 xörək qaşığı hindqozu yağını qarışdırıb saçlarınıza sürtün və 20 dəqiqə saxlayın. Sonra ilıq su ilə saçlarınızı yuyun.

Həftədə bir dəfə iki ədəd yumurta ağı, 1 xörək qaşığı süzmə bal və 1 xörək qaşığı zeytun yağını qarışdırıb saçınızda 1 saat saxlayın. 

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Hansı yeməkləri sabaha saxlamaq olmaz? - SİYAHI

İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür. Lakin mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər bir neçə saat keçdikdən sonra xəstəlik mənbəyinə çevrilir. Belə ki, onlar soyuducuda çarpaz çirklənməyə səbəb ola bilər. Soyuducu fazada çoxlu mikrobları özünə cəlb edən yeməkləri soyuducuya qoyduğumuzda, bu mikroblar soyuducudakı digər qidalara da yoluxa bilər. Yenidən qızdırılan yeməklər tərkibindəki qidaların çoxunu itirir.

Bu xəbəri yalnız xanımlar OXUSUN

“Bakı Metropoliteni” QSC qatar maşinisti olmaq istəyən, həmçinin qərar vermək üçün tərəddüd edən xanımlara yeni fürsət imkanı yaradır.

Dekabrda bu üç bürcün pulu aşıb-daşacaq

Astrologiya hamının izlədiyi bir sahədir. Artıq insanlar gün ərzində yataqdan qalxmadan ulduz falı oxuyurlar. Beləliklə, o, günə qoroskop şərhinə uyğun olaraq başlayır. Astroloqlar bürclərə və onların yüksəlişlərinə çox həssasdırlar. 12 bürc arasında dekabrı zəngin başa vuracaq və sözün əsl mənasında pul qoymağa yer tapmayacaqlar açıqlanıb.