banner
banner

Mədənİyyət

Tarık Akan izdihamla son mənzilə yola salındı - fotolar

Tarık Akan izdihamla son mənzilə yola salındı -

Xərçəng xəstliyindən vəfat edən tanınmış türk aktyor Tarık Akan dəfn edilib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorla vida mərasimi Muhsin Ertuğrul Teatrında başlayıb.

T.Akanın yüzlərlə sevəni teatra axışıb, hətta bir çoxlarına yer olmadığı üçün çöldə qalıblar. İzdiham yaşandığı üçün bəziləri əzilmək təhlükəsi ilə üzləşiblər.

Mərasimdə T.Akanın sənətçi həmkarları və siyasətçilər də iştirak ediblər.

Teatrda vida mərasimi bitdikdən sonra Teşfikiyə məscidində minlərlə insanın iştirak ilə cənazə namazı qılınıb. Aktyorun Türkiyə bayrağına sarılmış tabutu alqışlarla son mənzilə yola salınıb.

Qeyd edək ki, 66 yaşında vəfat edən T.Akan 1971-ci ildə başlayan aktyorluq karyerasında 111 filmdə və 4 serialda rol alıb.

 

 

 

 

 

 

 

 

 

 

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər