banner
banner

Dünya

Türkiyə İŞİD-in Suriyadakı mövqelərinə zərbə endirib

Türkiyə İŞİD-in Suriyadakı mövqelərinə zərbə endirib

Türkiyə Hərbi-Hava Qüvvələri İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirib.Modern.az saytı  Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilir.

Məlumata görə, Türkiyənin Kilis şəhərinə Suriya ərazisindən raket zərbələri endirən terrorçuların mövqeləri radarlar vasitəsilə müəyyən edilərək “Fırtına” qaubitsaları və yaylım atəşi sistemlərindən məhv edilib. Bundan başqa, Türkiyənin Hərbi-Hava Qüvvələrinə məxsus F-16 təyyarələri İŞİD-in Əl-Rai, İhtimalat, Əl-Əthaniyəh rayonlarındakı (Suriyanın şimal hissəsi) mövqelərinə zərbələr endiriblər. Əməliyyat nəticəsində çoxlu sayda terrorçu məhv edilib. 

Qeyd edək ki, Türkiyənin Kilis şəhəri bu gün İŞİD-in Suriyadakı mövqelərindən atəşə tutulub. Nəticədə beşi uşaq olmaqla altı nəfər yaralanıb. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə İsrail və İrana çağırış etdi

Türkiyənin Xarici İşlər Nazirliyi bu gün İsraillə İranı və onların tərəfdarlarını böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

Tbilisidə parlament binasının qarşısında mitinq keçirilir

Cia.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tbilisidə müxalifət parlament binasının qarşısında yenidən mitinq keçirməyə başlayıb. Nümayişçilər xarici agentlər barəsində qanun layihəsinin əleyhinə çıxışlar edirlər. Yüzlərlə mitinq iştirakçısı fit çalaraq və layihənin əleyhinə plakatlar qaldıraraq etirazlarını bildirib.

Ukraynanın ən çətin sınağı başlayır - "Blumberq"

Rusiyanın Ukraynanın enerji sisteminə raket hücumları, onun ikinci ən böyük şəhərini bombalaması və cəbhə boyu irəliləyişlər Ukraynada müharibənin dönüş nöqtəsinə yaxınlaşması qorxusunu artırır.

ABŞ Yəməndəki obyektləri vurub

Cis.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Yəməndə hakimiyyətdə olan "Ənsar Allah" təşkilatının hərbi infrastrukturuna zərbələr endirib, husilərin HHM sistemini, yerüstü idarə sistemini və bir dronunu məhv edib.