banner
banner

Sosİal

“Wi-Fi” sahibinin əhval-ruhiyyəsini müəyyənləşdirə biləcək

“Wi-Fi” sahibinin əhval-ruhiyyəsini müəyyənləşdirə biləcək

Yaxın vaxtlarda “Wi-Fi” marşrutlayıcılar öz sahibinin əhval-ruhiyyəsini müəyyənləşdirə biləcək. Massaçusets Texnologiya İnstitutunun nəzdində Kompyuter Elmləri və Süni İntellekt Laboratoriyasının mütəxəssisləri tərəfindən ixtira edilmiş qurğu simsiz siqnalların köməyi ilə insanın emosional vəziyyətini müəyyənləşdirmək qabiliyyətinə malikdir.

Modern.az saytı Azərtac-a istinadən xəbər verir ki, "EQ-Radio" adlı qurğu insanın nəbzini və nəfəsini ölçür və bu məlumatlar əsasında onun qəzəb, sevinc kimi hisslərini müəyyənləşdirir. Radio dalğalar qurğunun ürək döyüntüsü və nəfəsdə ən kiçik dəyişiklikləri qeydə almasına imkan verir. Toplanmış məlumatlar bir sıra alqoritmlər və kompyuter əməliyyatlarının köməyi ilə emal edilir, daha əvvəl toplanmış məlumatlarla müqayisə edilir və dörd kateqoriyadan (həzz, sevinc, qəzəb və ya qəm) birinə aid edilir.

 

"EQ-Radio" qurğusundan istifadə etmək üçün hər hansı datçik və ya əlavə qurğu geyməyə ehtiyac yoxdur. Cihaz "Wi-Fi"da olduğu kimi, eyni tezlikdən istifadə edir, amma 1000 dəfə daha az enerji sərf edir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ev alanlara ŞAD XƏBƏR: Çıxarış veriləcək - DETALLAR

Azərbaycanda yaxın vaxtlarda Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq. Bir müddət əvvəl bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, mənzil alan şəxsin korporativə üzvlük mərhələsindən başlayaraq sonda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsinə qədər bütün proseslər vahid elektron sistem üzərindən həyata keçiriləcək.

Bakıda liftdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Bu tarixədək...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində martın 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bakıda hotel YANDI

Bakının Səbail rayonunda hoteldə baş verən yanğın söndürülüb.