banner
banner

Dünya

Zaxarova Baydenin sözlərini bu cür tərcümə etdi: 'Bizim övladlarımızın xoşbəxtliyi...'

Zaxarova Baydenin sözlərini bu cür tərcümə etdi: 'Bizim övladlarımızın xoşbəxtliyi...'
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ABŞ-ın vitse-prezidenti Co Baydenin Ukrayna ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Axar.az xəbər verir ki, Zaxarova bu haqda rəsmi Feysbuk hesabında yazıb:
“Co Bayden Ukraynanın lazımi islahatlara getməyəcəyi təqdirdə Rusiyaya tətbiq olunan sanksiyakların aradan qaldırılacağını açıqlayıb. Onun sözlərinə görə, 5 böyük dövlət bu sanksiyaların aradan qaldırılmasının tərəfdarıdır”.
 
Zaxarova vurğulayıb ki, əslində Baydenin sözlərinin anlamı aşağıdakı kimidir: “Bir az da çalışmaq lazımdır. Nəticələr barədə düşünməyin. Sizin məqsədiniz Rusiya əleyhinə sanksiyaların uzadılmasıdır! Gündə üç dəfə bunu təkrarlayın. Bizim övladlarımızın xoşbəxtliyi sizin övladlarınız üçün təsəlli olacaq”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Tbilisidə parlament binasının qarşısında mitinq keçirilir

Cia.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tbilisidə müxalifət parlament binasının qarşısında yenidən mitinq keçirməyə başlayıb. Nümayişçilər xarici agentlər barəsində qanun layihəsinin əleyhinə çıxışlar edirlər. Yüzlərlə mitinq iştirakçısı fit çalaraq və layihənin əleyhinə plakatlar qaldıraraq etirazlarını bildirib.

Ukraynanın ən çətin sınağı başlayır - "Blumberq"

Rusiyanın Ukraynanın enerji sisteminə raket hücumları, onun ikinci ən böyük şəhərini bombalaması və cəbhə boyu irəliləyişlər Ukraynada müharibənin dönüş nöqtəsinə yaxınlaşması qorxusunu artırır.

ABŞ Yəməndəki obyektləri vurub

Cis.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Yəməndə hakimiyyətdə olan "Ənsar Allah" təşkilatının hərbi infrastrukturuna zərbələr endirib, husilərin HHM sistemini, yerüstü idarə sistemini və bir dronunu məhv edib.

Xamanei ivrit dilində təhdid etdi

Cia.az xəbər verir ki, İsrailin İranın Suriyadakı konsulluğuna hücumla əlaqədar İranın ali dini lideri Əli Xamanei X sosial şəbəkəsində ivrit dilində status paylaşaraq, İsraili təhdid edib.