banner
banner

İqtİsadİyyat

“Vergilər Nazirliyinin yeni səlahiyyəti sahibkarların xeyrinədir”

“Vergilər Nazirliyinin yeni səlahiyyəti sahibkarların xeyrinədir”
Vergilər Nazirliyinə daha bir səlahiyyət verilib. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edə bilər. 

Bununla bağlı Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə dəyişiklik edilməsi tövsiyə edilib. 

Xatırladaq ki, indiyədək vergi ödəyicisi olan fiziki və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra vergi orqanları həmin məhdudlaşdırmanın götürülməsi barədə 2 iş günü ərzində məhkəməyə müraciət etməli idi. Qanuna təklif edilən bu dəyişiklik qəbul olunarsa, vergi orqanları dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edə biləcək.
 
Bu dəyişikliklər “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyəti şərtlərinin asanlaşdırılması və vergi inzibatçılığının çevikliyinin gücləndirilməsi məqsədi ilə hazırlanıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 19-da keçirilən iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Ekspertlər isə Vergilər Nazirliyinin səlahiyyətlərinin gündən-günə artırılmasına diqqət çəkir. Belə ki, hazırda büdcənin mədaxil hissəsi ilə bağlı əsas yük Vergilər Nazirliyinin üstünə düşdüyündən onun səlahiyyətlərinin artırılması da təbiidir. 
 
Image result for Vahid Əhmədov
 
“Yeni Müsavat”a açıqlamasında bu məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov qeyd etdi ki, hazırkı durumda Vergilər Nazirliyinin səlahiyyətlərinin artırılması gözləniləndir: “İllər keçdikcə, iqtisadiyyatın tələbləri, habelə problemlər dəyişir, bu baxımdan, Vergi Məcəlləsinin dəyişdirilməsinə, Vergilər Nazirliyinin səlahiyyətinin artırılmasına da adi baxmaq lazımdır. Əsas  odur ki, Vergi Məcəlləsində dəyişdirilən qanunlar sahibkarların, hüquqi və fiziki şəxslərin xeyrinə işləsin. Bu vaxta qədər vergi borcu olanlar borcu ödədikdən sonra ölkədən çıxışa qoyulan qadağanın aradan qaldırılması üçün  məhkəməyə müraciət edirdilərsə, indi o səlahiyyət Vergilər Nazirliyinə verilib. Bu, həmin insanlar üçün də müsbət hadisədir, çünki bir neçə gün vaxt itirirdilər. İndi vaxt itkisi olmayacaq, faktiki olaraq borcu ödəyən kimi Vergilər Nazirliyi o sanksiyanı götürəcək”.
 
Image result for qUBAD iBADOĞLU
 
İqtisadçı ekspert Qubad İbadoğlu da “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, iqtisadiyyatın indiki durumunda dövlət maliyyəsinin əsas yükü Vergilər Nazirliyinin üzərinə düşür, bu mənada qurumun səlahiyyətlərinin artırılması qaçılmazdır: “Vergilər Nazirliyi hazırda həm Dövlət Neft Fondundan, həm də Gömrük Komitəsindən daha çox  vəsaiti dövlət büdcəsinə cəlb edir. İndiki şərtlər də əvvəlki ilə müqayisədə ağırdır. Əvvəllər təsərrüfat subyektləri öz fəaliyyətlərindən əldə etdikləri gəlirdən ödənişlər  edirdilər, sahibkarlar da daha çox vergi və digər ödənişləri etmək imkanına malik idi. Büdcədə tarazlığı qorumaq üçün Dövlət Neft Fondu bir təhlükəsizlik yastığı kimi çıxış edirdi. İndi isə Dövlət Neft Fondundan büdcəyə transferlərin azaldılması siyasəti yeridilir. Bu, Vergilər Nazirliyinin büdcənin mədaxil hissəsinin təminatındakı rolunu  artırır. Təbii ki, rol artırsa, məsuliyyət artırsa, bu, səlahiyyətlərin də artmasına gətirib çıxarmalıdır. Səlahiyyətlərin artırılması baxımından Vergilər Nazirliyi digər qurumlardan daha çox önə çıxıb”. 
 
Q.İbadoğlu onu da qeyd etdi ki, vergi borclarına görə ölkədən çıxışına qoyulan qadağanın bu səbəb aradan qalxdıqdan sonra ləğv olunması səlahiyyətinin  Vergilər Nazirliyinə verilməsi məntiqə uyğundur:“Həm kredit, həm də vergi borclarına görə ölkədən çıxışına qadağa qoyulan sahibkarlar hətta bu borcu ödədikdən sonra da o qadağanın götürülməsi üçün məhkəməyə müraciət etməli idilər, müəyyən qədər gözləməli idilər,  məhkəmə xərclərini ödəməli idilər. Bütün bunlar da sahibkarların  sonrakı fəaliyyətinə mənfi təsir göstərirdi. Ona görə də mən bu səlahiyyətin Vergilər Nazirliyinə verilməsini düzgün hesab edirəm. Çünki səbəb vergi borcudursa, bunu Vergilər Nazirliyi aradan qaldırmalıdır. Bu, birbaşa hüquq-mühafizə orqanlarında aparılmalı deyil. Təbii ki, Vergilər Nazirliyi bunu hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində keçirməlidir və hüquq-mühafizə orqanları bu barədə məlumatı Vergilər Nazirliyindən əldə etməlidir”. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Mərkəzi Bankın faiz qərarı - Manatın taleyi...

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 28-də keçirilən iclasında uçot dərəcəsinin 7.75 faizdən 7.5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.75 faizdən 8.5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.