banner
banner

Hərbİ

Cəbhədə növbəti təxribat...

Cəbhədə növbəti təxribat...
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 6 dəfə pozub.
 
Müdafiə Nazirliyinin saytında verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
 
İşğal altında olan Füzuli rayonunun Aşağı Seyidəhmədli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

SON DƏQİQƏ: Səfərbərlik Xidməti məlumat yaydı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının gedişi ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

Baş leytenantımız yaralanıb

Aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI: Azərbaycan Ordusu...

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısını üzərində hiss edən Azərbaycan əsgəri torpaqlarımızı göz bəbəyi kimi qoruyur və ehtimal edilən istənilən təxribatın qarşısını ləyaqətlə almağa hazırdır.

DTX-nin hərbi qulluqçuları üçün güzəştlər tətbiq ediləcək

Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əməkhaqqı sosial sığorta haqqından və gəlir vergisindən azad ediləcək.