banner
banner

Krİmİnal

Bakıda intihar etdiyi bildirilən 35 yaşlı kişinin qətlə yetirildiyi üzə çıxdı - fotolar

Bakıda intihar etdiyi bildirilən 35 yaşlı kişinin qətlə yetirildiyi üzə çıxdı -
Bakıda intihar etdiyi bildirilən şəxsin qətlə yetirildiyi məlum olub. 

Musavat.com xəbər verir ki, 1981-ci il təvəllüdlü Muğanlinski Teymur Fərrux oğlu oktyabrın 17-də dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Ceyhun Hacıbəyli küçəsi 2, mənzil 13-də onun sol döş qəfısinə bıçaqla xəsarət yetirilib. T. Muğanlinskini xəstəxanaya arvadı çatdırıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. 
 
Faktla bağlı araşdırmalar aparılır.
 
Qeyd edək ki, Teymur Muğanlinskinin ölümü sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xüsusilə, ölümündən iki gün əvvəl özünün facebook səhifəsində dostu Fariz Abbasovun yol qəzasında vəfat etməsi ilə bağlı statusu son günlər müxtəlif səhifələrdə paylaşılır. 
 
 
35 yaşlı Muğanlınski Teymur Fərrux oğlu informasiya texnologiyaları sahəsində mütəxəssis olub. Son vaxtlar işləməyən və tez-tez spirtli içki qəbul edən T.Muğanlınskinin dostları bildirirlər ki, T.Muğanlınski çox şən, yeyib-içməyi sevən insan olub. Son vaxtlar baş verən hadisələr isə onun özünə qapanmasına səbəb olub. Ona görə də, ölümündən sonra ilk ağıla gələn onun intihar etməsi idi. 
 
 
Musavat.com 
 









Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Axtarışda olan 43 nəfər saxlanıldı

Martın 25-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.