banner
banner

Gündəm

Eldar Mahmudovun “qulağı”ı əldə - general Teymur Quliyev istintaqa nə deyib?

Eldar Mahmudovun “qulağı”ı əldə - general Teymur Quliyev istintaqa nə deyib?
Ləğv edilmiş MTN-in Monitorinq Mərkəzinin keçmiş rəhbəri hazırda həbsdə olan general Teymur Quliyev də daxil olmaqla, bir neçə nəfərin həbs müddəti uzadılıb. Səbayel Rayon Məhkəməsi hazırda ibtidai istintaqı davam etdirilən T.Quliyevin, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və digərləri barəsində həbs-qətimkan tədbirinin müddətini 3 ay artırıb.
 
Həbs müddəti uzadılan T.Quliyev “MTN işi”ndə ən mübhəm fiqurlardan biridir. MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsində çalışmış Teymur Quliyev Eldar Mahmudovun “qara qutusu” hesab olunur.  Məhz onun rəhbərlik etdiyi Monitorinq Mərkəzi bütün qanunsuz dinləmələri həyata keçirib. Bu dinləmələr isə təkcə hədəfdə olan sahibkarları əhatə etmir. Məlumata görə, hakimiyyət təmsilçiləri də  Teymur Quliyevin rəhbərlik etdiyi otaqdan dinlənilib, mümkündür ki, səs yazıları kimi qeydə də alınıb. 
 
Eldar Mahmudovun işdən çıxarılmasından dərhal sonra qapıları möhürlənən Monitorinq Mərkəzi illərlə bu kimi dinləmələr həyata keçirib, mümkündür ki, danışıqlar xüsusi fayl şəklində toplanaraq kompromat kimi saxlanılıb və ya xaricə çıxarılıb. İddialara görə, Monitorinq Mərkəzi ilə bağlı istintaq elə ilk gündən Xüsusi Dövlət Mühafizə Xidmətinin nəzarəti altındadır. Çünki bu, həm də dövlət təhlükəsizliyi məsələsidir. T.Quliyevi bir il əvvəl - oktyabr ayının 18-dən Teymur Əliyev küçəsində yerləşən 4 mərtəbəli villasında həbs ediblər.  
Evində axtarış aparılıb və istintaqçıların nə axtardığı hələ də bilinmir. Eləcə də 1 ildir  davam edən istintaqında T.Quliyevin nələri etiraf etməsi barədə də heç bir məlumat yoxdur. Onun vəkilinin olub-olmaması da bu bir ildə məlum olmayıb. Xəbərlərdə deyilir ki, T.Quliyevə yalnız dövlət tərəfindən vəkil təyin edilib ki, bu da istintaq sirri ilə əlaqədardır. Yalnız son günlər T.Quliyevlə bağlı mediaya bəzi məlumatlar sızıb. 
 
Bildirilir ki, Monitorinq Mərkəzinin sabiq rəisinin işi üzrə Hilal Əsədovun ifadəsi alınıb. İstintaqçılar sabiq nazir müavini H.Əsədovdan MTN tərəfindən qanunsuz olaraq dinlənən yüksək vəzifəlilər barəsində soruşublar. H.Əsədov həmin vəzifəliləri hansı məqsədlə dinləmələri barədə danışıb. 
 
Image result for Hilal Əsədov

Hilal Əsədov
 
T.Quliyevin  Akif Çovdarovun barəsində qaldırılmış cinayət işində şahid qismində dindirildiyi də deyilir. Amma burada da söhbət sahibkarlardan gedir və yüksək vəzifəlilərin adı çəkilmir. Məlumdur ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, nazirliyin əməkdaşları - Səlim Məmmədov, Orxan Osmanov və Akif Əliyevin cinayət işi digərlərinin cinayət işi ayrılaraq ayrıca icraata verilib və hazırda Bakı Hərbi Məhkəməsində həmin şəxslərin mühakiməsi keçirilir. 
 
Image result for Məhkəmə
 
T.Quliyevin istintaq zamanı rəhbərlik etdiyi mərkəzdə   danışıqların dinlənilməsini nazir Eldar Mahmudovun yazılı icazəsi, habelə idarə rəisi Akif Çovdarovun göstərişi ilə həyata keçirdiyini etiraf etdiyi də yayılan xəbərlər sırasındadır. T.Quliyevin Bakı İstintaq Təcridxanasında aylardır ki, gecə-gündüz ciddi müşahidə altında saxlanılması (hətta təkadamlıq kamerada saxlanıldığı iddiası var) onun istintaq üçün necə qiymətli fiqur olduğunu göstərir. Həbsindən sonra onun səhhətinin  pisləşməsi, qəfil infarkt keçirməsi barədə yayılan xəbərlər isə rəsmi təsdiqini tapmayıb.  

1970-ci ildə Bakıda anadan olan Teymur Quliyev o vaxt Xalq Təsərrüfatı İnstitutunu adlanan ali məktəbi bitirib. Teymur Quliyevin atası da polis sistemində işləyib, bir sıra rayonların rəisi olub. Əmisi isə sovetlər vaxtı daxil işlər nazirinin müavini vəzifəsində çalışıb.

Image result for Eldar Mahmudov
 
T.Quliyev DİN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsində Eldar Mahmudovun bilavasitə rəhbərliyi altında işləyib və burada onların “iş birliyinin” əsası qoyulub.  
Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra T.Quliyevi də MTN-ə gətirib. Əvvəl MTN-də təchizat şöbəsinin rəisi postunda işləyən T.Quliyev hələ də bilinməyən “xidmətlərinə görə” tezliklə daha yüksək posta - MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb. 2012-ci ilin mart ayında ölkə başçısının sərəncamı ilə general-mayor rütbəsi alan T.Quliyev hüquq-mühafizə sistemində ən gənc generallardan biridir.  
 
Azərbaycanda “üzdə olmayan və tanınmayan” T.Quliyevin adını mediada ilk dəfə məşhurlaşdıran Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev olub. O, T.Quliyevin qardaşının oğurlanmasını təşkil edənlər sırasında olduğunu bildirib. Heç şübhəsiz ki, T.Quliyevin ifadələri hələ də həbsdən yayınan E.Mahmudovun hakimiyyət kabinetlərinə “qulağını” niyə dirəməkdə maraqlı olduğunu üzə çıxaracaq. 
 
“YM”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.

Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur – Vergi Xidməti bu müəmmanı açacaqmı?

Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.