banner
banner

Mədənİyyət

Tanınmış yazıçı-publisistin 60 illik yubileyi qeyd olunub

Tanınmış yazıçı-publisistin 60 illik yubileyi qeyd olunub

Oktyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində tanınmış yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədlinin 60 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri yazıçı-publisistin yaradıcılığından söhbət açıblar. Bildirilib ki, yazıçı-publisistin “Xalq Şairi Nəriman Həsənzadəyə Poylu beşiyimdən məktub”, “Ömrünü Qazaxda yaşayan şair”, “Həcc ziyarəti”, “Hüseyn Cavidin ev muzeyi”, “Sənsiz”, “Azərbaycan poeziya çələngi” (tərtibçilərindən biri), “Heydər Əliyevin dil siyasəti” və “Heydər Əliyev və ədəbi-tarixi proses” monoqrafiyaları və digər elmi-publisistik əsərləri ilə birgə “Analar köç edəndə”, “Yol gedir Naxçıvana”, “Bir elatın dastanı”, “Kişilik səngəri” və “Uçurulmuş sədlər”, “Baş daşı əhvalatı” kitabları, oxucuların ixtiyarına verilən onlarca bədii-publisistik, elmi-monoqrafik (tədqiqat, poeziya, nəsr, dilçiliklə bağlı) kitabları müəllifin yaradıcı təxəyyülünün məhsuludur.

Çixiş edənlər S.Əhmədlinin Qarabağ müharibəsi və Xocalı soyqırımına həsr etdiyi əsərləri bir çox dillərə tərcümə edildiyini söyləyiblər.

Vurğulanıb ki, Salatın Əhmədlinin “Baş daşı əhvalatı” kitabı rus və ingilis dillərinə tərcümə edilərək 55 ölkədə yayımlanıb.

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər