banner
banner

İqtİsadİyyat

Dünya bazarında neft çatışmazlığı yarana bilər

Dünya bazarında neft çatışmazlığı yarana bilər
Neft bazarında stabillik problemləri bir yana, indi də neft çatışmazlığı barədə müzakirələr açılmaqdadır. “RİA Novosti”yə BP-nin Rusiya bölməsinin (BP Rusiya) vitse-prezidenti Vladimir Drebentsov deyib ki, dünya bazarında neft çatışmazlığı dörd ildən sonra yarana bilər: “Neft bazarında çatışmazlıq dörd ildən sonra yaranacaq. Biz 2014-2016-cı illərdə reallaşdırılmayan investisiyaların hansı həcmdə olduğunu bilirik, şirkət investisiya planında azalmalar etməli olub. Bir neçə layihələr təxirə salınıb. 
 
Nəzərə alsaq ki, bu layihələr aşağı 5 illik olub, deməli, 2015-ci ildə reallaşdırılmalı olan investisiyalar təxminən 2020-ci ildə özünü büruzə verəcək”. Onun sözlərinə görə, investisiyaların azalması səbəbindən nəzərdə tutulmuş neftin bazara çıxarılmayacağı və ABŞ-ın  hasilatı artırmaqla buna təsir edə bilməyəcəyi təqdirdə, dünya bazarında çatışmazlıq yarana bilər: “Kəsirin nə qədər dərin olacağını indidən demək çətindir”. “Exon” şirkətinin prezidenti Reks Tillerson isə bildirib ki, yaxın 5 ildə dünyada neft defisiti ilə bağlı deyilənlər boş söhbətdir. 

Professor Elşad Məmmədov isə məsələ ilə bağlı musavat.com-a deyib ki, bp rəsmisinin 2020-ci ildə neftə tələbatın əhəmiyyətli dərəcədə artmasının mümkünlüyü ilə bağlı verdiyi açıqlama əsasən psixoloji və müəyyən mənada iqtisadi amillə izah oluna bilər: “Psixoloji amil onunla bağlıdır ki, bp kimi nəhəng neft şirkəti sözsüz ki, neft qiymətlərinin aşağı səviyyədə olmasından narahatdır. Bu səbəbdən vaxtaşırı səhmdarları sakitləşdirmək və bazara öz korporativ maraqları baxımından pozitiv siqnalların ötürülməsi siyasəti müasir biznesin mühüm seqmentidir. Sırf iqtisadi amilə gəldikdə isə şübhəsiz ki, son 2 ildə neftin qiymətinin kəskin şəkildə enməsi, hasilatçıları investisiya xərclərini xeyli dərəcədə azaltmağa, bir sıra hallarda isə onlar tərəfindən perspektivli layihələrin ümumiyyətlə dondurulmasına məcbur edib”.
 
Ekspertin fikrincə, bu problem tək bp şirkətinə deyil, ümumilikdə neft hasilatçılarına aiddir: “İnvestisiyaların azalması isə iqtisadi qanunlara görə bir müddətdən sonra bazarlarda təklifin azalmasına, bu da öz növbəsində müəyyən müddətdən sonra tələbatla təklif arasındakı disbalansın formalaşmasına,  yəni tələbatın təklifə nisbətən çoxalmasına və son nəticədə  qiymət artımına səbəb ola bilər. Əslində bazarlarda qiymətlərin tsiklik formalaşması nəzəriyyəsinin əsasını da elə bu yanaşma  təşkil edir. Lakin mürəkkəb sistemlərə aid elmi yanaşmanın spesifikası həm də ondan ibarətdir ki, strukturlaşmış sistemlərə yanaşma mütləq şəkildə kompleksli olmalıdır. Yəni problemlərə, dinamikaya təsir edən və təsir ehtimalı olan bütün proseslər təhlil edilməlidir. Məhz buna görə də müasir iqtisad elmində kompleksli yanaşma  prioritet təhlil yanaşma metodu kimi qəbul edilir. Bu baxımdan, neft bazarının inkişaf dinamikasına, o cümlədən investisiya siyasətinə texnoloji və innovativ məzmunlu proseslərin təsiri mütləq nəzərə alınmalıdır. Müasir şəraitdə, yüksək elm tutumlu texnoloji innovasiyaların   enerji sektorunda, o cümlədən neft və qaz hasilatı sistemlərində tətbiq edilməsi bazarda təklifin müəyyən iqtisadi şərtlər çərçivəsində artırılmasına imkan verir. Bu növ proseslərin xüsusiyyəti həm də ondan ibarətdir ki, texnoloji innovativ inkişaf həm də proseslərə təsirin daha qısa müddətdə baş verməsi imkanlarını yaradır. Bu mənada ABŞ-da şişt texnologiyaları əsasında neft və qaz hasilatının təşkili prosesi bazarda təklifin bu ölkə tərəfindən kəskin şəkildə artırılmasına imkan verir və perspektivdə bu imkanların genişlənməsini gözləmək olar. Qeyd etmək lazımdır ki, elə BP şirkətinin  rəsmisi də  bu amilin önəmli dərəcədə enerji sektorunda  qiymətlərin formalaşmasına təsir edə biləcəyini bildirib. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, son illərdə investisiyaların azalması səbəbindən tələbatın artacağını əminliklə söyləmək olmaz”.

İqtisadçı alim Fikrət Yusifov isə musavat.com-a deyib ki, neftin qiymətləri ilə bağlı suallar iqtisadiyyatı neftə bağlı olan və olmayan ölkələrin hər biri üçün aktualdır: “Qiymətlərin kəskin şəkildə aşağı düşdüyü son iki ildə bununla bağlı çoxlu fikirlər səsləndirilir. Kimlərsə hələ keçən ilin sonlarında bu qiymətlərin sabitləşəcəyini gözləyirdi. Lakin əsl reallıq bundan ibarətdir ki, bu gün neftin qiymətləri təkcə iqtisadi amillərlə bağlı deyil. Ortada kifayət qədər ciddi siyasi amillər mövcuddur. Belə olan təqdirdə, qiymətlərlə bağlı hər hansı bir dürüst proqnoz vermək kifayət qədər çətin olur. Öz fəaliyyəti ilə haradasa BMT qədər dişsiz qərarların müəllifi olan OPEK son iki ildə bu sahədə nə qədər aciz olduğunu açıq şəkildə ortaya qoydu. Biz dəfələrlə yazmışıq və bir daha deyirik- neftin qiymətlərindəki durumu hər yerə və hamıya əli çatan ABŞ çox düşünülmüş şəkildə idarə edir. Hələ ki onun qarşısına çıxa biləcək bir güc və ya birləşmiş güclər yoxdur. Hasilat getdikcə azalacaq, bu, təbiidir. Çünki artıq çoxdandır ki, neft sənayesinə investisiyalar qoyulmur. Belə olan halda bazarda təklifin azalması və nəticə etibarilə neftin qiymətlərinin artımı baş verə bilər. Lakin burada ABŞ-ın əlində şist neft silahı var və qiymətlər qalxdığı halda, lazım gələrsə, bu silah tam gücü ilə işə düşüb bazara təklifi artıra bilər. Deməli yatırımlar edilməməsi səbəbindən hasilatın azalması da burada hələ qiymətlərin kəskin artacağının təminatçısı ola bilməz”.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.

Dollarla bağlı mühüm qərar - Manatı nə gözləyir?

ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel bildirib ki, Amerika iqtisadiyyatı ilə bağlı proqnozlar özünü doğrultduğu təqdirdə, 2024-cü ildən baza faiz dərəcəsini "ehtiyatla” azaltmaq niyyətindədir.