banner
banner

Dünya

Dünyanın ən soyuq kəndi - Fotolar

Dünyanın ən soyuq kəndi - Fotolar
Yeni Zellandiyalı fotoqraf Amos Çapli dünyanın ən soyuq kəndini görüntüləyib. 
 
Musavat.com-un məlumatına görə, bura Rusiyanın Oymyakon kəndidir. Burada 1926-cı ildə -71.2 dərəcə şaxta qeydə alınıb. Bu, indiyə qədər olan ən aşağı tempratur hesab edilir. Əvvəllər burada yaşayış olmasa da, Sovetlər birliyi Oymyakon kəndi haqqında yeni qərar verir. Qərara görə, bu kənddə də insanlar yerləşdirilməli idi. 
 
Meyvə tərəvəz yetişməyən kənddə sadəcə 1 market var. Onun da rəfləri ancaq ət və balıq məhsulları ilə doldurulur. Kənddə hazırda təxminən 500 nəfər yaşayır. Bölgədə avtomobillər ancaq qarajlarda xoda düşür. Yolda sönən avtomobili bir daha işə salmaq demək olar ki, imkansızdı. Burada havanın ən "isti" vaxtı -45 dərəcə şaxta olur.
 
Meyvə, tərəvəz yeməməklərinə baxmayaraq, burada xəstəliklər yayqın deyil.
 
 
 


























Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə İsrail və İrana çağırış etdi

Türkiyənin Xarici İşlər Nazirliyi bu gün İsraillə İranı və onların tərəfdarlarını böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

Tbilisidə parlament binasının qarşısında mitinq keçirilir

Cia.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tbilisidə müxalifət parlament binasının qarşısında yenidən mitinq keçirməyə başlayıb. Nümayişçilər xarici agentlər barəsində qanun layihəsinin əleyhinə çıxışlar edirlər. Yüzlərlə mitinq iştirakçısı fit çalaraq və layihənin əleyhinə plakatlar qaldıraraq etirazlarını bildirib.

Ukraynanın ən çətin sınağı başlayır - "Blumberq"

Rusiyanın Ukraynanın enerji sisteminə raket hücumları, onun ikinci ən böyük şəhərini bombalaması və cəbhə boyu irəliləyişlər Ukraynada müharibənin dönüş nöqtəsinə yaxınlaşması qorxusunu artırır.

ABŞ Yəməndəki obyektləri vurub

Cis.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Yəməndə hakimiyyətdə olan "Ənsar Allah" təşkilatının hərbi infrastrukturuna zərbələr endirib, husilərin HHM sistemini, yerüstü idarə sistemini və bir dronunu məhv edib.