banner
banner

Gündəm

ABŞ istehsallı snayperləri Azərbaycanda kim almaq istəyib

ABŞ istehsallı snayperləri Azərbaycanda kim almaq istəyib
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Azərbaycana da silah satmaq istəyən iki nəfəri həbs edib. Bu barədə AzadlıqRadiosu “Sun Sentinel” saytına istinadən xəbər yayıb. Xəbərdə qeyd olunur ki, qanunsuz silah alverində ittiham olunan 39 yaşlı İsrail vətəndaşı Anri Şuşan və Belarus əsilli 65 yaşlı Benyamin Qolınkini Floridada həbs olunub.
 
FTB-nin bu şəxsləri uzun müddət izlədiyi və A.Şuşanla B.Qolınkinin İraq, Sudan və Azərbaycanla qanunsuz silah alverinə cəhdlə bağlı dəlillər topladığı məlum olub. İsrailli silah alverçisi İraqa satmaq üçün 500 min ədəd 23 millimetrlik zenit pulemyotu patronunu alarkən ələ keçirilib. Belə ki, gizli FTB agenti A.Şuşanla əlaqə qurub və ikinci ondan Azərbaycana 5000 ədəd M4 snayper tüfənginin göndərməsində yardım istəyib. Hətta bununla bağlı FTB agentinə öncədən 10 min dollar da ödəyib. FTB agentinə bundan əlavə Azərbaycana göndərilməli olan “408" patronlarına görə də 5200 dollar verilib.
 
Prokurorlar  deyiblər ki, iki il əvvəl ABŞ-a köçən Anri Şuşan ehtimal ki, silah alveri məsələləri ilə bağlı danışıqlar aparmaqdan ötrü Almaniya, Avstriya, Qvatemala, Rusiya, Kolumbiya və Azərbaycanda olub. Həmin səfərlərdən sonra ona bir neçə yüz min dollar, o cümlədən, Azərbaycandan 170 min dollar köçürülüb. Məqalədə A.Şuşana Azərbaycana silah və döyüş sursatı satmağa cəhdə görə, ittiham irəli sürüləcəyi bildirilir.
 
Sözügedən xəbərlə bağlı Azərbaycan Müdafiə Nazirliyindən bilgi almaq mümkün olmayıb. Nazirlikdən “Turan” agentliyinə bununla bağlı hər hansı rəsmi açıqlama verilməyəcəyi bildirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidməti də adıçəkilən şəxsin Azərbaycana gəlib-getməsi barədə hər hansı açıqlama verməyib.
 
 
 
Təbii ki, bu xəbərdə bizim diqqətimizi çəkən məqam Azərbaycanla bağlı olan hissədir. Yəni 5 min ədəd M4 snayper tüfəngini kimin almasıdır. Məsələ ondadır ki, istintaq 5 min ədəd avtomat silahın Azərbaycandan sifariş edildiyi qənaətindədir. Amma Azərbaycanda bu qədər silahı kim və nə məqsədlə ala bilər. İşin tərs tərəfi odur ki, hökumət qurumları bu barədə iddialara cavab verməyib. Ancaq hətta kimsə danışsaydı belə, bu cür ifşa olunmuş işin məsuliyyətini kimsə götürməz. Ən əsası isə Azərbaycan dövlətinin hansısa israilli bir silah alverçisi ilə anlaşma etməzi inandırıcı deyil.

Bunu söhbət etdiyimiz beynəlxalq siyasət ekspertləri də təsdiqləyir. Ekspertlərə görə, böyük ehtimalla burada söhbət silah qaçaqmalçılığından gedir. Və bu da aydındır ki, indi bu cür işləri sıradan adamlar edə bilməz.
 
Məsələ ondadır ki, Azərbaycan Silahlı Qüvvələri hazırda əsasən sovet-rus yüngül silahları ilə təchiz olunub. Yalnız kiçik bir qisim, xüsusi təyinatlı birləşmələrdə və ya əməliyyat qruplarında başqa ölkələrin istehsalı olan silahlar var. Üstəlik söhbət 5 min ədəd avtomat-snayperin alınmasından gedir. Yəni hansısa kiçik bir anlaşma deyil. Ancaq Azərbaycan dövlətinin indi kifayət qədər əlaqələri, o cümlədən dünyada ən yaxşı silah istehsalçılarından olan İsraillə yaxın əməkdaşlığı var. Üstəlik indi Bakının yüngül silahları leqal yolla almasında ciddi maneələr yoxdur. 
 
Image result for ABD sniper
 
Digər tərəfdən, hansısa müasir texnoloji sistem olsaydı, başa düşmək olardı. ABŞ Azərbaycana silah, hərbi texnologiya satmır. Eləcə də Ermənistana. Müasir texnologiyanı gizli yolla əldə etməyi bu baxımdan anlamaq olardı. Məsələn, hansısa raket sistemləri, texnoloji qurğular olsaydı, bunu anlamaq olardı. 
 
Deməli,  geriyə yalnız bir ehtimal qalır: Bu silahlar Azərbaycan üzərindən hansısa 3-cü ölkəyə ötürüləcəkmiş. Və yaxud da israilli silah alverçisi üçün Azərbaycan yalnız iz azdırmaq və ya görüş yeri olub sadəcə. Hazırda Yaxın Şərqdə qanlı müharibənin getdiyini nəzərə alsaq, bu cür silahların alıcılarının uzun bir siyahısını çıxarmaq olar. Ancaq təbii ki, konkret alıcının kimliyini istintaq araşdırmalı olacaq. Mümkündür ki, sonuncu variant üzərində dayanılarsa, o zaman amerikalı istintaqçıların Azərbaycandakı həmkarlarından yardım istəməsi mümkündür. Çünki silahın alıcısı Azərbaycan hökumət qurumları deyil, hansısa silah ticarətçiləri və ya 3-cü ölkə alıcıları olubsa, istintaqın bir mərhələsi Azərbaycanda aparılmalı olacaq.
musavat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İran xarici hərbi qüvvələrin Xəzər ətrafına gəlməsinə qarşıdır

Cia.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Xəzər ətrafında üçüncü ölkələrin öz hərbi təsirini gücləndirməli olmamalarını bəyan edib. Onun sözlərinə görə, bu region ölkələrinin maraqlarına uyğun deyil. İran XİN-in verdiyi məlummata görə,

Talıbovlar yenidən meydan oxuyur: Naxçıvanda nə baş verir?

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya daxil olan məlumata görə, Ali Məclisin sabiq rəhbəri Vasif Talıbovun böyük oğlu Rza Talıbov əvvəlcədən razılaşdırmadan Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli ilə görüşmək istəyib. Rza Talıbovun avtomobilinin Ali Məclisin həyətinə, özünün isə binaya buraxılması çaşqınlıq yaradıb. Buna görə hətta mühafizə polisinin əməkdaşlarına töhmət verildiyi deyilir.

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.