Qəbizlikdən azad olmaq üçün 1 çay qaşığı noxud unu
Noxud unu xalq təbabətində müxtəlif xəstəliklər zamanı müalicəvi vasitə kimi istifadə olunur.
Nutrisioloqlar (təbii məhsullarla müalicə edən mütəxəssislər) noxud ununu ateroskleroz, şəkərli diabet, ürək xəstəlikləri, qəbizlik zamanı qəbul etməyi tövsiyə edirlər.
Bunun üçün mütəxəssislər hər gün 1 çay qaşığı noxud unu qəbul etməyi tövsiyə edirlər.
Qəbizlikdən əziyyət çəkənlər yatmazdan əvvəl 1 çay qaşığı noxud unu və yarım stəkan su qəbul etməlidir.
Noxud unu çox asan hazırlanır - bunun üçün noxud qəhvəüyüdəndə üyüdülür.
“Təəssüf ki, Bakı, Abşeron zonasında əhaliyə verilən içməli suyu “içməli su” adlandırmaq olmaz. Çünki istər bu suyun tərkibində olan ağır metallar, istərsə xlor normadan çoxdur. Eyni zamanda, PH, qələviliyin aşağı olmasına görə, bu suyu içməli su adlandırmaq olmaz. Bu su daha çox texniki suya yaxındır...”
Mütəxəssislər ağız və diş baxımının əhəmiyyətinə diqqət çəkir, ortaya çıxan problemlərin müxtəlif xəstəliklərə səbəb ola biləcəyini bildirirlər. Ağız və diş sağlamlığını pozan diş çürükləri, diş əti xəstəlikləri geniş yayılıb. Qidalanma keyfiyyəti gündəlik həyatımızda çox önəmlidir.
Bu gün sağlam həyat tərzi trendləri arasında populyarlıq qazanan şəkərsiz qidalanma bir çox insanın izlədiyi üsula çevrilib. Bəs, bu cür qidalanma orqanizmə hansı faydaları verə bilər?
"Orucluq təkcə qida qəbulu deyil, nəfsə nəzarətdir. Bu, insanların davranışlarında özünü göstərməlidir. Çalışmaq lazımdır ki, bütünlükdə nəfsə, instinktə nəzarət həyata keçirilsin”.
Bir şəxs şəkərli diabet olduqda, qan şəkərinin səviyyəsinin tənzimlənməsi pozulur. Bu, karbohidrat mübadiləsini tənzimləyən pankreas hormonu insulinlə bağlıdır. Birinci tip diabetdə immunitet sistemi insulin istehsal edən hüceyrələri təhlükə kimi qəbul edir və onları məhv edir. İkinci tip diabetdə bədənin hüceyrələri insulinə cavab vermir və ya sadəcə kifayət qədər insulin olmur.
Bir insanın ürəyinin bir hissəsinin qan tədarükünü itirdiyi və ölməyə başladığı zaman həyatı üçün təhlükəli bir vəziyyətdir. İnsana vaxtında müvafiq yardım göstərmək üçün infarktı mümkün qədər tez tanımaq vacibdir.