banner
banner

Sİyasət

Səməd Seyidov: "Prezidentin addımları XİN və səfirliklər üçün nümunə olmalıdır"

Səməd Seyidov: "Prezidentin addımları XİN və səfirliklər üçün nümunə olmalıdır"

Azərbaycan Milli Məclisinin komitələrinin gələn ilin büdcə zərfi ilə bağlı birgə iclasında xaricdəki səfirlik və konsulluqların dövlət vəsaitlərinin səmərəli istifadə etməsinin zəruriliyi vurğulanıb.

APA-nın məlumatına görə, MM-in Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov bildirib ki, gələn ilin dövlət büdcəsində bu sahəyə ayrılan vəsaitdə azalma yoxdur: "Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin saxlanması ilə əlaqədar maliyyə ötən illə müqayisədə artırılıb. Lakin bu gün daha çox keyfiyyət, səmərəli iş, nəticə özünü göstərməlidir.

Cənab Prezidentin xarici siyasət sahəsində ortaya qoyduğu iradə, atdığı addımlar həm XİN, həm də səfirliklər üçün konkret nümunə olmalıdır. Hesab edirəm ki, bu gün Azərbaycanın xarici siyasəti ölkə başçısının tövsiyə etdiyi istiqamətlər üzrə islahatları özündə ehtiva edən, Azərbaycanı postneft ölkəsi kimi təqdim edən siyasətə çevrilməlidir.

Büdcədən ayrılan vəsaiti necə səmərəli sərf edəcəyimizi fikirləşməliyik. Büdcədən ayrılan vəsaitlər üzrə işimizi səmərəli təşkil etsək, əminəm ki, Azərbaycanın beynəlxalq əlaqələri heç də hansısa problem qarşısında qalmayacaq, əksinə, daha da inkişaf edəcək”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ermənistan Rusiyanı "satqınlıq"da ittiham edir

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli İctimi Televiziyanın efirindəki çıxışında Rusiyanın Ermənistanı müharibəyə cəlb eləməyə çalışdığını və bunda məqsədinin "sonradan "xilas edib" erməni xalqının və dövlətçiliyinin boynuna ilgək keçirmək" olduğunu deyib. Simonyan deyib: "Bizi müdafiə eləmək zamanı gələndə Rusiya bizi müdafiə etmədi". Simonyan gileylənib: "Bəli, mən bəyan edirəm ki, müttəfiqimiz olan Rusiya ən böhranlı məqamda bizi tərk elədi və bu, faktdır".

Bu, Bakıya olan hörmət və etimadı göstərir - Hacıyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.

Ərdoğan Putinə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.