banner
banner

Mədənİyyət

Səməd Vurğunun 110 illiyinə həsr edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb

Səməd Vurğunun 110 illiyinə həsr edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb

Dekabrın 27-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Zəka İşığında” İctimai Birliyinin təşkilatçılığı ilə Xalq Şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr edilmiş “Səməd Vurğun və aşıq müasirlərinin yaradıcılığında Vətən konseptinin öyrənilməsi və gənclər arasında vətənpərvərlik ideyasının təbliği” mövzusunda konfrans keçirilib.

Konfrans AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Yazıçılar Birliyi, Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyi (İLESAM) və Səməd Vurğunun ev-muzeyinin təşkilatçılığı ilə reallaşıb.

Tədbir “Səməd Vurğun sənəti müasir ədəbi-ictimai reallıqlar kontekstində”, “Tənqidin Səməd Vurğun hədəfi”, “Səməd Vurğun dramaturgiyasında müəllif və qəhrəman”, “Səməd Vurğun və teatr”, “Səməd Vurğunun dili” mövzularında məruzələr dinlənilib.

Konfrans çərçivəsində şairin 110 illiyinə həsr edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb.

Qaliblərə “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin (İB) təsis etdiyi “Milli zəka” diplomu və pul mükafatları təqdim edilib.

Sonda İB-nin təsis etdiyi “Milli Zəka” jurnalının Xalq Şairi Səməd Vurğuna həsr etdiyi “Səməd Vurğun 110” xüsusi buraxılışının da təqdimatı olub.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər