banner
banner

Gündəm

Uraldakı azərbaycanlılar Lotu Qulini himayədarları seçiblər

Uraldakı azərbaycanlılar Lotu Qulini himayədarları seçiblər

Sverdlovsk vilayətindəki azərbaycanlı ticarətçilər 44 yaşlı Lotu Quli kimi tanınan “qanuni oğru” Nadir Səlifova sədaqət andı içiblər.

Bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

“Qanuni oğru” himayədarlarına hələ 2021-ci ilədək oturmalı olduğu həbsxanadan rəhbərlik edəcək.

Beləliklə, Rövşən Lənkəranskinin klanı bu regionda birdəfəlik uduzub. Quli hələ o sa ikən Rusiyanın və Azərbaycanın “zonalarına” belə bir sifariş yollayıb: “... Mən də sizi Rövşən Lənkəranski ilə bağlı məlumatlandırıram. O, heç kimdir, bu oğruların qərarıdır.

Hacı və Rafikə gəldikdə, bu fırıldaqçılar insanlar arasında zina əkirlər. Belə əclaflar bütün dövrlərdə olub və onlardan tələb bütün ciddiliyi ilə olacaq. Bu notlarla sizlərlə sağollaşmaq istəyirəm, sizə ən yaxşı arzularımı diləyirəm, əlbətə Qızıl Azadlıqla birgə. Özünüzü qoruyun, Oğruları qoruyun. Ən xoş arzularla. Mən, Oğru Quli”.

Məlumatda qeyd edilir ki, onun tərəfdarları yaxınlarda Bakıda digər “qanuni oğru” Rafik Masallılı kimi tanınan Rafik Eyvazovun tərəfdarları ilə atışıblar.

Toqquşmada 20 nəfərə yaxın adam iştirak edib. Xəsarət alanlar var. Buna səbəb ötən ilin sonlarında Rafik Masallılıya qarşı törədilən hücumdur. Onu o vaxt döyüblər, hətta qulağını da kəsiblər.

Xatırladaq ki, Rövşən Lənkəranskinin ötən ilin avqustunda İstanbulda öldürülməsindən sonra Azərbayca diasporunun Sverdlovsk vilayətinə yeni “baxıcısı”nı tanıtacaqları barədə şayiələr dolaşırdı.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İran xarici hərbi qüvvələrin Xəzər ətrafına gəlməsinə qarşıdır

Cia.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Xəzər ətrafında üçüncü ölkələrin öz hərbi təsirini gücləndirməli olmamalarını bəyan edib. Onun sözlərinə görə, bu region ölkələrinin maraqlarına uyğun deyil. İran XİN-in verdiyi məlummata görə,

Talıbovlar yenidən meydan oxuyur: Naxçıvanda nə baş verir?

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya daxil olan məlumata görə, Ali Məclisin sabiq rəhbəri Vasif Talıbovun böyük oğlu Rza Talıbov əvvəlcədən razılaşdırmadan Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli ilə görüşmək istəyib. Rza Talıbovun avtomobilinin Ali Məclisin həyətinə, özünün isə binaya buraxılması çaşqınlıq yaradıb. Buna görə hətta mühafizə polisinin əməkdaşlarına töhmət verildiyi deyilir.

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.