banner
banner

Dünya

Obama prezidentliyinin son günündə daha 330 məhbusun cəzasını yüngülləşdirib

Obama prezidentliyinin son günündə daha 330 məhbusun cəzasını yüngülləşdirib
ABŞ prezidenti Barak Obama vəzifədə olduğu son gündə  daha 330 məhbusun cəzasını yüngülləşdirib. 
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.   
 
Məlumata görə, əsasən, narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş şəxslərin cəza müddəti azaldılıb.
 
Bu, son gülərin ikinci analoji hadisəsidir. Yanvarın 18-də 18-də Obama 209 məhbusun cəzasını yüngülləşdirib, 64 nəfər isə əfv edilib. Onların arasında “Wikileaks”in informatoru Bredli Menninq də var.    


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə İsrail və İrana çağırış etdi

Türkiyənin Xarici İşlər Nazirliyi bu gün İsraillə İranı və onların tərəfdarlarını böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

Tbilisidə parlament binasının qarşısında mitinq keçirilir

Cia.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tbilisidə müxalifət parlament binasının qarşısında yenidən mitinq keçirməyə başlayıb. Nümayişçilər xarici agentlər barəsində qanun layihəsinin əleyhinə çıxışlar edirlər. Yüzlərlə mitinq iştirakçısı fit çalaraq və layihənin əleyhinə plakatlar qaldıraraq etirazlarını bildirib.

Ukraynanın ən çətin sınağı başlayır - "Blumberq"

Rusiyanın Ukraynanın enerji sisteminə raket hücumları, onun ikinci ən böyük şəhərini bombalaması və cəbhə boyu irəliləyişlər Ukraynada müharibənin dönüş nöqtəsinə yaxınlaşması qorxusunu artırır.

ABŞ Yəməndəki obyektləri vurub

Cis.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Yəməndə hakimiyyətdə olan "Ənsar Allah" təşkilatının hərbi infrastrukturuna zərbələr endirib, husilərin HHM sistemini, yerüstü idarə sistemini və bir dronunu məhv edib.