banner
banner

Sİyasət

“The American Spectator” qəzeti ABŞ-Azərbaycan münasibətlərinin yaxşılaşacağından yazır

“The American Spectator” qəzeti ABŞ-Azərbaycan münasibətlərinin yaxşılaşacağından yazır
“The American Spectator” qəzetində “Jewish News Service” nəşrinin sabiq redaktoru Ceykob Kamarasın “Donald Tramp ABŞ-Amerika münasibətlərini yenidən yaxşılaşdıra bilər” sərlövhəli məqaləsi dərc edilib. 
 
Məqalədə Obama administrasiyasının ABŞ-ın müttəfiqi kimi İsrail və Azərbaycanla bağlı uğursuz siyasətindən və yeni Prezident Donald Trampın administrasiyasında bu münasibətlərin yaxşılaşdırılmasından söz açılıb. İsraillə bağlı qeyri-adekvat hərəkətinə görə Barak Obama administrasiyasını təqsirləndirən müəllif yazır ki, ABŞ-ın səsvermədə bitərəf qalması BMT Təhlükəsizlik Şurasında İordaniyanın Qərb sahili ərazilərində yəhudi məskənlərinin yaradılmasını pisləyən 2334 nömrəli qətnamənin qəbul edilməsinə imkan verib. Lakin elə bu administrasiya son 8 ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni məskənlərinin yaradılmasını bir dəfə belə pisləməyib. Dağlıq Qarabağ münaqişəsi 1980-ci illərdə başlayıb və SSRİ dağılandan sonra tammiqyaslı müharibəyə çevrilib. Müəllif yazır ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır.
 
Kamaras qeyd edir ki, keçən ilin oktyabr ayında ABŞ-ın dövlət katibi Con Kerri Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə “hazır deyil” deməklə Azərbaycan rəhbərliyini hiddətləndirib. Azərbaycan Prezidenti İlham Əliyev buna cavab olaraq bildirib ki, münaqişənin davam etməsində tərəflərin ikisini də ittiham edən dövlət katibi “Ermənistanın işğalçılıq siyasətinə aşkar dəstək” nümayiş etdirir.
 
Yeni seçilən Prezident Donald Tramp yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayanda ABŞ-ın Azərbaycanla bağlı siyasətində İsraildən nümunə götürə bilər və analoji siyasət həyata keçirər.
 
Daha sonra müəllif İsrail ilə Azərbaycan arasında sıx əlaqələrdən, bu yaxınlarda Baş nazir Benyamin Netanyahunun Bakıya səfərindən, hərbi və iqtisadi əməkdaşlıqdan, hər iki dövlətin yüksək vəzifəli şəxslərinin rəsmi səfərlərindən, o cümlədən müdafiə naziri Moşe Yaalonun 2014-cü ildə, xarici işlər naziri Aviqdor Libermanın 2012-ci ildə, Şimon Peresin 2009-cu ildə səfərindən yazır. Kamaras, həmçinin Azərbaycanda dağ yəhudiləri və aşkenaz-yəhudilərinin icmalarından və ölkədə antisemitizmin olmamasından söz açır. Donald Trampın prezidentliyi dövründə Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərdən yazan müəllif yeni administrasiyanı ABŞ-ın xarici siyasəti üçün Azərbaycanın regionda əhəmiyyətini yaxşı öyrənməyə çağırır. ABŞ-ın lider mövqeyinin və dünyanın ABŞ-a etimadının bərpası üçün bu etimadı İsrail və Azərbaycan kimi vacib müttəfiqlərdə yenidən qazanmaq lazımdır./Azərtac/


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu, Bakıya olan hörmət və etimadı göstərir - Hacıyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.

Ərdoğan Putinə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.