banner
banner

Mədənİyyət

Azərbaycanlı qələm sahibləri İLESAM-a üzv seçiliblər

Azərbaycanlı qələm sahibləri İLESAM-a üzv seçiliblər

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda İLESAM-ın (Türk Elm və Ədəbiyyat Sahibləri Məslək Birliyi) toplantısı keçirilib.

İLESAM-ın Azərbaycan üzrə təmsilçisi, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza iki qardaş xalqın ədəbiyyatının böyük uğurlarından danışıb. Bildirib ki, son 5-10 ildə azərbaycanlı müəlliflərin Türkiyədə, türk müəlliflərin isə Azərbaycanda tanıdılması üçün böyük işlər görülüb.

İLESAM-ın rəhbəri, tanınmış türk şairi və ədəbiyyatçısı Mehmet Nuru Parmaksız Bakıya gəldiyi gündən özünü doğmalar arasında hiss etdiyini vurğulayaraq, əslində hər iki xalqın ortaq mədəniyyətləri paylaşdığını vurğulayıb. O, S.Vurğun, R.Rza, B.Vahabzadə, X.R.Ulutürk, İ.Əfəndiyev və digər şair və yazıçıların kitablarının Türkiyədə nəşr edildiyini, müasir yazıçılardan Elçinin, Anarın və başqalarının əsərlərinin türk teatrlarında səhnəyə qoyulduğunu söyləyib.

O, rəhbərlik etdiyi qurumun bütün türkəsilli xalqları əhatə etdiyini, gələcəkdə müştərək konfransların, simpoziumların, toplantıların, festival və bayramların keçiriləcəyini vurğulayıb.

Sonda əsərləri qurum tərəfindən qəbul edilən müəlliflərə İLESAM-ın vəsiqələri və döş nişanları təqdim olunub.

Cia.az 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər