banner
banner

Sağlamlıq

Həftədə 30 dəqiqə pilləkənlə qalxmaq ürək xəstəliyinin qarşısını alır

Həftədə 30 dəqiqə pilləkənlə qalxmaq ürək xəstəliyinin qarşısını alır

Alimlər oturaq həyat tərzi sürən 30 qadının iştirakı ilə tədqiqat aparıblar və aşkar ediblər ki, həftədə 30 dəqiqə pilləkənlə qalxmaq ürək xəstəliyinin qarşısını alır.

Ekspertlər bu cür hərəkəti nəinki böyüklərə, həm də uşaqlara, habelə ürəktutması hallarının baş verməsinə meyilli adamlara da məsləhət görürlər.

Tədqiqata cəlb edilən könüllülər iki qrupa ayrılıb. Onlardan bir qrupu 10 dəqiqə pilləkənlə qalxıb, ikinci qrup isə həmin müddətdə idman zalında velotrenajorda məşğul olub. İştirakçılar bunu altı həftə ərzində hər gün ediblər. İkinci testdə qadınlar nəinki pilləkənlə qalxıb, həm də əşyalar qaldırıblar. Nəticələr göstərib ki, birinci qrupun iştirakçılarında sağlamlıq xeyli yaxşılaşıb, xüsusilə ürək-damar sistemi möhkəmlənib.

Alimlər hesab edirlər ki, pilləkən sprinter məşqinin praktiki formasıdır. Bu cür məşqlər fitnes həvəskarları arasında populyardır. Amerika İdman Təbabəti Akademiyasının məlumatına görə, ənənəvi hərəkətlərdən fərqli olaraq bu məşqlər daha çox kalori “yandırır”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

21 gün şəkər yeməsək, nə olar?

Bu gün sağlam həyat tərzi trendləri arasında populyarlıq qazanan şəkərsiz qidalanma bir çox insanın izlədiyi üsula çevrilib. Bəs, bu cür qidalanma orqanizmə hansı faydaları verə bilər?

Oruc tutanlara bunları etmək olmaz - XƏBƏRDARLIQ

"Orucluq təkcə qida qəbulu deyil, nəfsə nəzarətdir. Bu, insanların davranışlarında özünü göstərməlidir. Çalışmaq lazımdır ki, bütünlükdə nəfsə, instinktə nəzarət həyata keçirilsin”.

Gecə oyanmaları təhlükəli xəstəliyin əlaməti ola bilər - İLK ƏLAMƏTLƏR

Bir şəxs şəkərli diabet olduqda, qan şəkərinin səviyyəsinin tənzimlənməsi pozulur. Bu, karbohidrat mübadiləsini tənzimləyən pankreas hormonu insulinlə bağlıdır. Birinci tip diabetdə immunitet sistemi insulin istehsal edən hüceyrələri təhlükə kimi qəbul edir və onları məhv edir. İkinci tip diabetdə bədənin hüceyrələri insulinə cavab vermir və ya sadəcə kifayət qədər insulin olmur.

İlkin mərhələdə infarktı necə bilmək olar?

Bir insanın ürəyinin bir hissəsinin qan tədarükünü itirdiyi və ölməyə başladığı zaman həyatı üçün təhlükəli bir vəziyyətdir. İnsana vaxtında müvafiq yardım göstərmək üçün infarktı mümkün qədər tez tanımaq vacibdir.

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: zəncəfili BELƏ istifadə edin

Zəncəfil istehlakı nəticəsində qanda şəkərin səviyyəsi normallaşır, “yaxşı” xolesterin isə əksinə artır. Bu parametrlər maddələr mübadiləsi ilə birbaşa əlaqəli olduğu üçün zəncəfil istehlak edən insanın orqanizmində daha az yağ yığılır və yağlar daha aktiv şəkildə parçalanır.

Gündə 8 saat yatmasanız: Bunlar olacaq

Rod-Aylend Universitetinin amerikalı psixoloqları insanların həyatının emosional sferası ilə bağlı daimi yuxu çatışmazlığının daha bir mənfi nəticəsini aşkar ediblər.