banner
banner

Sağlamlıq

Hər gün bir banan yeyin - BİLMƏDİYİNİZ FAYDALARI

Hər gün bir banan yeyin -

Banan yalnız dadlı meyvə deyil. O, həm də formada qalmaq üçün enerji verir və bir çox xəstəliyin qarşısını alır. Aile.lent.az bananın bilmədiyiniz bir çox faydaları ilə sizi tanış edir.

Depressiya: Depressiyada olan insanlar arasında aparılan araşdırmalardan biri sübut edib ki, həmin insanların çoxu banan yedikdən sonra özlərini daha yaxşı hiss etməyə başlayıblar. Bunun səbəbi isə bananın bədəndə serotonin (insanı rahatlaşdıran və xoşbəxtlik hissi yaradan maddə) yaradan zülal olan triptofan ehtiva etməsidir.

PMS (menstruasiya əvvəli sindrom): Həbləri unudun, banan yeyin. Bananın ehtiva etdiyi B6 vitamini qan şəkəri səviyyəsini nizamlayır. Bu da mesntruasiya əvvəli sindrom dövründə qadının ruh halını dəyişdirir.

Anemiya: Banan qandakı hemoqlabin istehsalını canlandırır və anemiya vəziyyətində kömək olur.

Təzyiq: Bu tropik meyvə təzyiqi normallaşdırmaq üçün mükəmməl vasitədir. Son dərəcə yüksək kalium və aşağı duz ehtiva etməsi sayəsində buna qadirdir.

Beyin gücü: İngiltərədə məktəblərin birində aparılan araşdırmada 200 şagird imtahan günləri boyunca naharda, fasilədə və günorta yeməyində banan yeyiblər. Tədqiqat kaliumla zəngin bu meyvənin şagirdləri daha gümrah saxladığını sübut edib.

Qəbizlik: Banan ehtiva edən pəhrizlərdə laksatifə (bağırsağı fəaliyyətə gətirən dərmanlar) ehtiyac qalmır. Banan normal bağırsaq hərəkətini yeniləyir.

Axşamdan qalan banan: Axşamdan qalan bananı balla qarışdırıb şirəçəkəndən keçirin. Banan mədəni sakitləşdirir.

Xora: Banan yumşaq toxuması və hamarlığı sayəsində bağırsaq pozuqluqlarına qarşı pəhriz qidadır. Mədədəki həddindən artıq qıcqırmanı sakitləşdirir.

Hərarət: Bir çox məqamlarda sərinləşdirici meyvə kimi istifadə edilən banan hamilə qadınların fiziki və daxili istiliyini aşağı salma təsirinə malikdir. Məsələn, Taylandda hamilə qadınlar körpələrini sərin şəraitdə doğmaq üçün banan yeyirlər.

Artıq çəki: Avstriyalı alimlər iş yerində alınan artıq çəkiyə şokolad və çips kimi qidaların səbəb olduğunu müəyyənləşdiriblər. Gərginlikdən qaynaqlanan iştah artımının qarşısını almaq üçün qan şəkəri nizamına nəzarət etmək lazımdır. Hər 2 saatdan bir yüksək karbohidratlı qidalar atışdırmağa ehtiyac yaranır. Bunun qarşısını isə bananla almaq olar. 

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Hər gün içdiyimiz suyun tərkibində görün nələr var... - Ölüm saçır

“Təəssüf ki, Bakı, Abşeron zonasında əhaliyə verilən içməli suyu “içməli su” adlandırmaq olmaz. Çünki istər bu suyun tərkibində olan ağır metallar, istərsə xlor normadan çoxdur. Eyni zamanda, PH, qələviliyin aşağı olmasına görə, bu suyu içməli su adlandırmaq olmaz. Bu su daha çox texniki suya yaxındır...”

Dişlər üçün çox zərərli olan 7 QİDA

Mütəxəssislər ağız və diş baxımının əhəmiyyətinə diqqət çəkir, ortaya çıxan problemlərin müxtəlif xəstəliklərə səbəb ola biləcəyini bildirirlər. Ağız və diş sağlamlığını pozan diş çürükləri, diş əti xəstəlikləri geniş yayılıb. Qidalanma keyfiyyəti gündəlik həyatımızda çox önəmlidir.

21 gün şəkər yeməsək, nə olar?

Bu gün sağlam həyat tərzi trendləri arasında populyarlıq qazanan şəkərsiz qidalanma bir çox insanın izlədiyi üsula çevrilib. Bəs, bu cür qidalanma orqanizmə hansı faydaları verə bilər?

Oruc tutanlara bunları etmək olmaz - XƏBƏRDARLIQ

"Orucluq təkcə qida qəbulu deyil, nəfsə nəzarətdir. Bu, insanların davranışlarında özünü göstərməlidir. Çalışmaq lazımdır ki, bütünlükdə nəfsə, instinktə nəzarət həyata keçirilsin”.

Gecə oyanmaları təhlükəli xəstəliyin əlaməti ola bilər - İLK ƏLAMƏTLƏR

Bir şəxs şəkərli diabet olduqda, qan şəkərinin səviyyəsinin tənzimlənməsi pozulur. Bu, karbohidrat mübadiləsini tənzimləyən pankreas hormonu insulinlə bağlıdır. Birinci tip diabetdə immunitet sistemi insulin istehsal edən hüceyrələri təhlükə kimi qəbul edir və onları məhv edir. İkinci tip diabetdə bədənin hüceyrələri insulinə cavab vermir və ya sadəcə kifayət qədər insulin olmur.

İlkin mərhələdə infarktı necə bilmək olar?

Bir insanın ürəyinin bir hissəsinin qan tədarükünü itirdiyi və ölməyə başladığı zaman həyatı üçün təhlükəli bir vəziyyətdir. İnsana vaxtında müvafiq yardım göstərmək üçün infarktı mümkün qədər tez tanımaq vacibdir.