banner
banner

Sİyasət

Mehriban Əliyeva Makedoniyanın birinci xanımı ilə görüşüb

Mehriban Əliyeva Makedoniyanın birinci xanımı ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva martın 16-da V Qlobal Bakı Forumunda iştirak edən Makedoniya Respublikasının birinci xanımı Maya İvanova ilə görüşüb. 

Cia.az AZƏRTAC-a istinadən xəbər verir ki, birinci xanım Maya İvanovanı Bakıda görməkdən məmnun olduğunu deyən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva V Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin aktuallığını qeyd etdi.

Makedoniya Respublikasının Birinci xanımı Maya İvanova Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbrik etdi, onun gördüyü işləri yüksək qiymətləndirdi, gələcək fəaliyyətində uğurlar arzuladı.

Makedoniya Respublikasında uşaqların və qadınların sosial problemlərinin həlli ilə bağlı Mərkəzin fəaliyyətindən danışan Maya İvanova Azərbaycanın Birinci vitse-prezidentinin bu sahədəki təcrübəsini qeyd etdi, əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğuladı. Birinci xanım Maya İvanova Mehriban Əliyevanı Makedoniyaya səfərə dəvət etdi.

Dəvətə görə təşəkkürünü bildirən Azərbaycanın Birinci vitse-prezidenti birgə layihələrin həyata keçirilməsinin səmərəli olacağını bildirdi.

Görüşdə səhiyyə, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə olundu.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlham Əliyev Moskvaya gedir

Aprelin 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Rusiyaya işgüzar səfərə gələcək Azərbaycan Prezidenti Əliyev arasında danışıqlar keçiriləcək.

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib. Həmin ərazilərin Azərbaycanın ən gözəl yerlərindən biri olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik”.