banner
banner

İdman

Almaniya millisinin rekordu Bakıda qırıla bilər

Almaniya millisinin rekordu Bakıda qırıla bilər

Almaniya milli komandasının rekordu Bakıda qırıla bilər. Cia.az "Report"a istinadən xəbər verir ki, bunun üçün 2012-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan hər iki görüşdə Bundestimin qapısına yola tapan Azərbaycan yığmasının martın 26-da Bakıda bu rəqiblə baş tutacaq növbət oyunda da fərqlənməsi lazımdır.

Cari seçmə qrup mərhələsinə San Marino (8:0), Şimali İrandiya (2:0), Çexiya (3:0) və Norveç (3:0) kollektivləri üzərində qələbə ilə başlayan almanlar ümumilikdə 16 qol vurmaqla yanaşı, öz qapılarını toxunulmaz saxlamağı bacarıblar.

Lakin martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada Robert Prosineçkinin baş məşqçisi olduğu Azərbaycan millisi rəqibini məyus etməklə Bundestimə bu göstəricini yaxşılaşdırmasına imkan verməmiş olacaq.

Seçmə qrup mərhələsində yer aldığı C qrupunda keçirdiyi 4 oyundan 7 xal toplayan Azərbaycan yığması San Marino və Norveçi 1:0 hesabı ilə məğlub etdiyi halda, Şimali İrlandiyaya 4 cavabsız qolla uduzub.

Qeyd edək ki, 2012-ci il Avropa çempionatının seçmə mərhələsində də Almaniya yığması ilə eyni qrupda yer alan Azərbaycan milli komandası səfərdə 1:6, evdə isə 1:3 hesabı ilə uduzub. Həmin görüşlərdə müvafiq olaraq artıq heyətə dəvət almayan Vaqif Cavadovla Murad Hüseynov fərqləniblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dünya mediası "Qarabağ"dan yazır

Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer 04"ə son dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.

Futbolçular təyyarədə huşunu itirdi - FOTO

Qambiya milli futbol komandasının bir neçə futbolçusu və heyət üzvü Afrika Millətlər Kubokunda iştirak üçün Kot-d'İvuara uçarkən təyyarədə huşlarını itiriblər.