banner
banner

Gündəm

“RƏHBƏRLİK BUNA GÖRƏ CAVAB VERMƏLİDİR”

“RƏHBƏRLİK BUNA GÖRƏ CAVAB VERMƏLİDİR”

 İsveç məhkəməsi Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan “Bombardier”in bu ölkədəki törəmə şirkəti “Bombardier Transportattion”un əməkdaşı olan Rusiya vətəndaşını həbs edib. “Bombardier” şirkətinin bir neçə top-meneceri “Azərbaycan Dəmir Yolları” QSC ilə 2013-cü ildə bağlanmış müqaviləyə görə Azərbaycanın vəzifəli şəxslərinə 56 milyon dollar yeyinti ötürülməsinə dair sövdələşmədə iştirak ediblər.

Söhbət “Bombardier”lə Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqavilədən gedir. Müqaviləyə əsasən şirkət uzunluğu 503 km olan dəmir yolunda “İnterfilo 200″ siqnal sistemlərini quraşdırmalıdır. İşlərə layihələndirmə, istehsal, çatdırılma, montaj, yoxlama və xətt üzrə ”İnterfilo 200″ siqnal sisteminin istismara verilməsi daxildir.

Sistemin tətbiqi dörd mərhələdə həyata keçirilməlidir, prosesin özü isə tam olaraq 2017-ci ildə başa çatmalıdır. Müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura Arif Əsgərov rəhbərlik edirdi. Artıq “Bombardier” şirkətinin əməkdaşının barəsində 2 həftəlik həbs-qətimkan tədbiri seçilib. Həbs olunan Yevgeni Pavlovdur. Onun vəkilləri bildiriblər ki, o və “Bombardier” şirkətinin bir neçə top-meneceri Azərbaycanla korrupsiya sövdələşməsində ittiham olunurlar. Böyük yeyinti faktlarını üzə çıxaran isə İsveçin SVT telekanalı, TT agentliyi və “Radio Canada”, habelə mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları üzrə jurnalistika Mərkəzi OCCRP-dir. Jurnalistlər aşkara çıxarıblar ki, “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” arasında bağlanmış müqaviləyə əsasən, 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür.

Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasənda həyata keçirilir. Birinci müqavilə üzrə “Bombardier” şirkəti tərəfindən “Ebilock-950″ siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin “Multiserv Overseas” şirkətinə satılır, həmin şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, yaxud o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır. İsveç prokurorluğu bildirir ki, Azərbaycan məmurları “Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizm sayəsində “otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə “Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə “Bombardier”lə bağlanıb. Həmçinin üzə çıxıb ki, müqavilə üzrə işlərin görülməsi zamanı 56 milyon dollar Azərbaycan məmurlarına ötürülüb.

arif-və-ziyaAzərbaycan hüquq mühafizə orqanlarından bidiriblər ki, hələlik məsələ ilə bağlı İsveç Prokurorluğundan hər hansı bir sorğu daxil olmayıb.
Deputat Vahid Əhmədov isə “Yeni Müsavat”ın suallarını cavablandırarkən deyib ki, İsveç Prokurorluğunun “Azərbaycan Dəmir Yolları” QSC-nin adı hallanan cinayət işini araşdırması haqda məlumatlıdır: “İsveç Prokurorluğu bu məsələləri araşdırır. Yəqin araşdırmaların bir sonu olacaq, bir qərar veriləcək. Digər tərəfdən bu məsələ dünya mətbuatının diqqətindədir”.

V.Əhmədov bildirib ki, yaranmış durum Azərbaycanda tenderlər keçirilərkən qanunlara riayət olunmamasından qaynaqlanır: “Azərbaycanda faktiki olaraq tenderlər necə keçirilir, bunu hamımız bilirik. Tenderdə daha çox hansı dairələrlə yaxınlıq, əlaqə var, onlar qalib çıxırlar, üstünlük qazanırlar. Bir müddət əvvəl satınalmalar agentliyi ləğv olundu. Bu agentlik faktiki qanunun işlək olmasını təmin etmirdi. Hazırda bu səlahiyyətlər İqtisadi İnkişaf Nazirliyinə verilib. Belə halların təkrar edilməməsi üçün tender məsələləri xüsusi nəzarət altında olmalıdır. Maliyyə Nazirliyi tenderlərlə bağlı məsələləri izləməlidir. Xüsusi nəzarət olmalı, tenderlərin şəffaf keçirilməsi təmin edilməlidir. Bəzi adamlar var ki, qanunun yanından keçməyə, öz maraqlarını təmin etməyə yollar axtarır və çox vaxt da istəklərinə nail olurlar. Bu aradan qaldırılmalıdır”.
Millət vəkili deyib ki, bununla belə tenderlər zamanı yol verilən neqativ hallara görə həmin tenderi elan edən, keçirən təşkilat cavabdehlik daşıyır: “İsveç Prokurorluğu tenderdən əvvəl qeyri-qanuni ödəmələrin olduğunu üzə çıxarıbsa, “Azərbaycan Dəmir Yolları”nın rəhbərliyi də buna görə cavab verməlidir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İran xarici hərbi qüvvələrin Xəzər ətrafına gəlməsinə qarşıdır

Cia.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Xəzər ətrafında üçüncü ölkələrin öz hərbi təsirini gücləndirməli olmamalarını bəyan edib. Onun sözlərinə görə, bu region ölkələrinin maraqlarına uyğun deyil. İran XİN-in verdiyi məlummata görə,

Talıbovlar yenidən meydan oxuyur: Naxçıvanda nə baş verir?

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya daxil olan məlumata görə, Ali Məclisin sabiq rəhbəri Vasif Talıbovun böyük oğlu Rza Talıbov əvvəlcədən razılaşdırmadan Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli ilə görüşmək istəyib. Rza Talıbovun avtomobilinin Ali Məclisin həyətinə, özünün isə binaya buraxılması çaşqınlıq yaradıb. Buna görə hətta mühafizə polisinin əməkdaşlarına töhmət verildiyi deyilir.

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.