banner
banner

İdman

Ölkəmiz beynəlxalq arenada yüksək səviyyədə təmsil olundu - FOTOLAR

Ölkəmiz beynəlxalq arenada yüksək səviyyədə təmsil olundu

25 mart 2017 tarixdə Fransada keçirilmiş "32-ci Beynəlxalq Döyüş Növləri Festivalı"nda vətənimizi Azərbaycan Real Aykido Federasiyasının prezidenti, 4-cü Dan qara kəmər ustası Fariz Abdullayev və 1-ci asistenti, 1-ci Dan qara kəmər ustası İsrafil Məmmədbəyli layiqincə təmsil edib. Onlar Ümumdünya Real Aykido Federasiyası tərəfindən çıxış üçün festivala dəvət olunub. İdmançılarımız Fariz və İsrafil eyni zamanda Ümumdünya Real Aykido Federasiyasının 1-ci yığmasının yeganə Azərbaycanlı üzvləridirlər. Qeyd edək ki, sözügedən festivala hər il dünyanın yalnız ən güclü idman ustaları dəvət olunurlar. Eyni zamanda 20.000 izləyicinin canlı olaraq izlədiyi bu festival Avropanın bir çox televiziyalarında canlı efirlə göstərilib. Tədbirdən sonra idmançılarımız vətənə döndükdə hava limanında təmtəraqla qarşılanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dünya mediası "Qarabağ"dan yazır

Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer 04"ə son dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.

Futbolçular təyyarədə huşunu itirdi - FOTO

Qambiya milli futbol komandasının bir neçə futbolçusu və heyət üzvü Afrika Millətlər Kubokunda iştirak üçün Kot-d'İvuara uçarkən təyyarədə huşlarını itiriblər.