banner
banner

Magistraturaya 14 min bakalavr sənəd verib

Magistraturaya 14 min bakalavr sənəd verib

Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura və rezidentura pillələrinə elektron ərizə qəbulu başa çatıb.

Cia.az-ın məlumatına görə, sənəd qəbulu martın 10-dan 28-dək davam edib. 

Magistratura pilləsı üzrə 13073  nəfər ərizəsini təsdiq edib ki, onlardan 11809 nəfər Azərbaycan, 1264 nəfər  isə rus bölməsinin məzunudur. 

Rezidentura üzrə 1075 nəfər ərizəsini təsdiq edib. Onlardan  923 nəfər Azərbaycan, 152 nəfər isə rus bölməsinin məzunudur.  

Qeyd edək ki, magistratura imtahanının birinci mərhələsi aprelin 9-da, ikinci mərhələsi iyunun 4-də, rezidentura üzrə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı aprelin 9-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə iyulun 5-də keçiriləcək. 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Əli Əsədov qərar imzaladı

Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın tərkibi genişləndirilib.

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR - elektron sistem vasitəsi ilə...

Avtomobil almaq istəyən şəxsləri ən çox düşündürən suallardan biri də həmin nəqliyyat vasitəsinin qəzaya düşüb-düşməməsidir. Bəzi hallarda bunu öyrənmək üçün vətəndaşlar kifayət qədər vaxt itkisi ilə üzləşirlər. Amma bunun daha asan yolu var. Nəqliyyat vasitələrinin qəza tarixçəsi haqqında məlumatları icbari sığorta bürosunun elektron sistemindən əldə etmək olar. Proses necə həyata keçirilir. Bunun üçün şərtlər nələrdir?

Xarici işlər naziri virusa yoluxdu

İraqın xarici işlər naziri Fuad Hüseyn koronavirusa yoluxub. Cia.az xəbər verir ki, bu barədə XİN rəsmisi Əhməd əl-Sahhaf bildirib.