"Rabitə işi"ndə təqsirləndirilən şəxs əməliyyat olunub
Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyevin vəkili çıxış edərək müdafiə etdiyi şəxsin əməliyyat olunduğunu deyib: "Hazırda Bayram Vəliyev məhkəməyə gətirilib yalnız əməliyyatdan sonra ağrıları olduğundan zala gələ bilmir. Xahiş edirik ki, ona reabilitasiya üçün 1 həftə vaxt verin. Ağrıları var. İndi məhkəməyə hörmətsizlik etməsin deyə bu prosesə gəlib".
Hakim müraciəti təmin edib. Proses təxirə salınıb.
Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın tərkibi genişləndirilib.
Bakı şəhəri, Nizami rayonunda yaşayış binalarının birində körpə 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılıb. Bu zaman anası da özünü övladının ardınca atıb. Hadisədən sonra hər iki şəxs dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir.
Avtomobil almaq istəyən şəxsləri ən çox düşündürən suallardan biri də həmin nəqliyyat vasitəsinin qəzaya düşüb-düşməməsidir. Bəzi hallarda bunu öyrənmək üçün vətəndaşlar kifayət qədər vaxt itkisi ilə üzləşirlər. Amma bunun daha asan yolu var. Nəqliyyat vasitələrinin qəza tarixçəsi haqqında məlumatları icbari sığorta bürosunun elektron sistemindən əldə etmək olar. Proses necə həyata keçirilir. Bunun üçün şərtlər nələrdir?
Bir neçə gündür Azərbaycanda koronavirusun “Omikron” ştamının sürətlə yayıldığı müşahidə edilir. Xüsusən də son günlər virusa yoluxma və aktiv xəstə sayında ciddi artım qeydə alınır.
Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov vəzifəsindən azad olunub. Hurriyyet.az xəbər verir ki, bu haqda Goranboy rayon sakinləri tərəfindən məlumat verilib.