banner
banner

Gündəm

“Xariclə danışığa qoyulan qadağa antiterror tədbiri ola bilər”

“Xariclə danışığa qoyulan qadağa antiterror tədbiri ola bilər”

Xəbər verdiyimiz kimi, bir neçə gündür ki, Skype (və Whatsapp, Viber, Messenger) ilə xaricə zəng etmək, görüntülü və görüntüsüz danışmaq mümkün deyil. Daha doğrusu, zənglər baş tutduğu halda, səs gəlmir və ya anlaşılmaz şəkildə, qırıq-qırıq formada olur ki, bununla da dialoq alınmır. İnsanlar da məcburən danışığı alternativ vasitələrlə həll etməyə çalışırlar. Bunlar alınmayanda isə zəng ənənəvi yolla gerçəkləşir ki, bu da ciddi şəkildə məsrəf deməkdir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilk gündən etibarən bu mövzu ilə bağlı hər hansı açıqlama vermir. Bu da əhali, xüsusilə xaricdə qohumları, tanış-dostları olan insanlar üçün ciddi problem yaradır. İlkin versiya odur ki, hazırda Azərbaycanda gedən İslam Oyunları ilə bağlı ölkədən xaricə informasiya ötürülməsinin qarşısı alınsın deyə belə bir qadağa tətbiq olunub. Təbii ki, bu, ən aşağı ehtimal olsa da, qadağanın indiki ərəfədə olması onu gücləndirir. Təxribatların qarşısının alınması məqsədilə bu qadağanın tətbiqi insanların əsəblərini nisbətən sakitləşdirsə də, bunun uzun davam edəcəyi ehtimalı da öz qüvvəsində qalır. Bu halda vəziyyət necə olacaq? Sualın cavabı yoxdur. 
Təhlükəsizlik üzrə ekspertlər isə terror təhlükəsi, informasiya ötürülməsi və Whatsapp, viber, skype ilə danışığa qoyulan qadağa arasındakı əlaqədən danışdı. Onlar bunun detalları və aradan qaldırılması yollarına toxundular.


Ekspert İlham İsmayıl düşünür ki, bu məsələdə İslam oyunları ilə bağlı informasiya ötürülməsinin qarşısının alınması versiyası inandırıcı deyil: “Amma antitterror tədbirləri nöqteyi-nəzərdən bu danışıqların əngəllənməsi ehtimalı mümkündür. Bilirsiniz ki, Whatsapp danışıqlarının əldə olunması mümkün deyil. Çünki bu sistemin kifayət dərəcədə müdafiə sistemi var. İndiki texnologiya ilə o danışıqları əldə etmək mümkün deyil. Yəni əgər kimsə terror məqsədi ilə Whatsapp-dan istifadə etməyərək başqa rabitə vasitələrinə keçəcəksə, onu araşdırıb, qarşısını almaq mümkündür. Yalnız Whatsapp yaranan əngəl məcbur edə bilər ki, terrorçular bundan yox, başqa rabitə vasitələrindən istifadə etsinlər”.

İ.İsmayıl eyni zamanda hesab edir ki, danışıqların qarşısının alınması terrordan sığortalanmaq üçün yeganə çıxış yolu deyil. Onun sözlərinə görə, paytaxtda kütləvi tədbirlər keçirilir, insanların bir yerə yığışması halları artıb: “Amma yenə də bu danışıqlara qadağa qoyulması terrorun qarşısını tam almır. Çünki bu, yüngül bir maneədir. Məsələn, bu gün Mançesteri də partlada bilirlər. Məntiqlə gəlin onda bütün rabitə vasitələrini ləğv edək. Whatsappı qadağan edəcəksənsə, sabah daha gizlin sistemə keçə bilərlər. Bu da heç bilinməz və qarşısını almaq mümkün olmaz. Terrorçu bir qrupa görə bütün insanların komfortunu əlindən almaq doğru deyil”.


Müsahibimiz ümid edir ki, yaxın günlərdə bu qadağa aradan qaldırılacaq. Çünki əks halda bunun izahatı çox maraqlıdır.

Ekspert Arzu Nağıyev isə bildirdi ki, bu qadağa tək antiterror tədbirləri ilə bağlı deyil. Onun fikrincə, böyük tədbirlərin keçirilməsi vaxtı təhlükəsizlik məsələsi kompleks şəkildə təmin edilməlidir: “Dünya praktikasına nəzər salsaq görərik ki, əsasən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla birlikdə belə qərarlar verilə bilər. İlk növbədə həmin messenjer servisi fəaliyyəti həyata keçirən qurumlar oz üzərinə götürdükləri öhdəlikləri də yerinə yetirməlidirlər. Məsələn, Rusiyada rəsmi olaraq BlackBerry Messenger, Imo i Line Roskomnadzor tərəfindən qadağan edilib və bağlıdır. Səbəb də onlar tərəfindən əhəmiyyət kəsb edən məlumatların təqdim edilməməsidir. Eyni zamanda həmin servislər özlərinin yayıcı funksiyasını n təşkilatçısı olmadığını və buna cavabdehlik daşımadıqlarını bildirilər. Bundan başqa ən çox uzaq məsafəyə yük daşıyan avtomobillərdə istifadə edilən Zello ratsiyaları da bağlanıb, səbəb də məlumatın təqdim edilməməsidir. Zello pulsuz proqramı smartfonları və planşetləri real rejimdə ratsiyaya çevirə bilir. Yəni ölkədə qeydiyyatdan keçən hər bir bu fomalı rabitə növləri mütləq şəkildə son altı aylıq arxivini yaratmalı və xüsusi xidmət və ya hüquq mühafizə orqanlarının əməliyyat fəaliyyəti ilə bağlı sorğu əsasında təqdim etməlidirlər. Bu məlumatlara istifadəçinin kimliyi,qeydiyyat nömrəi və s. aiddir.Bu eyni zamanda şifrələnmiş məlumatlara da aiddir”.

Mobil texnologiya üzrə ekspertlər isə deyirlər ki, Azərbaycanda əvvəllər də Whatsapp-la zəng etmək məsələsində problem olub. Bu problem daha çox MTN-lə bağlı qalmaqaldan öncə özünü göstərirdi. Ekspertlərin izahatına görə, üç mobil operator bunu bloklaya bilər - Azercell, Bakcell və Nar. Ya da bunu rəsmi provayderlər olan Delta Telekom və AzerTelekom edə bilər. Amma bunun özbaşına həyata keçirilməsi mümkünsüzdür. Bununla bağlı qanunvericilik var.


İstənilən halda bizdə bu sahəyə cavabdeh qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Bu nazirlik ölkədə böyük bir beynəlxalq tədbirin keçirildiyi vaxtda belə bir problemin yaşandığına görə rəsmi açıqlama verməlidir.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.

Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur – Vergi Xidməti bu müəmmanı açacaqmı?

Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.