Azərbaycan 2020-ci ilədək daha bir neçə beynəlxalq yarışa ev sahibliyi edəcək - SİYAHI
Azərbaycan "Eurovision-2012" Beynəlxalq Mahnı Müsabiqəsini uğurla həyata keçirdikdən sonra, dünyada ölkəmizə maraq artdı. Belə ki, ard-arda bir sıra irimiqyaslı yarışların təşkili Azərbaycana tapşırıldı.
Bunlardan, əsasən, "Bakı-2015" I Avropa Oyunları, “42-ci Ümumdünya Şahmat Olimpiadası”, “Formula-1” və iki gün öncə başa çatan IV İslam Həmrəyliyi Oyunlarını sadalamaq olar.
Bəs bundan sonra, daha doğrusu, 2020 -ci ilədək Azərbaycan, daha hansı oyunlara ev sahibliyi edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova həmin yarışların siyahısını təqdim edib. S.Məmmədova bildirib ki, 2017-ci ildə ilk dəfə Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi keçiriləcək:
“Bununla yanaşı, bu ilin təqvimində “Formula-1” üzrə Azərbaycan Qran-prisi də var.
2017-ci ildə son olaraq, Azərbaycan 41-ci dünya Skaut konfransına və 13-cü dünya Skaut gənclər forumuna evsahibliyi edəcək. Konfrans 7-10 avqust tarixində Qəbələdə baş tutacaq.
2020 -ci ildə Bakı qitənin ən nüfuzlu futbol turniri olan Avropa çempionatının 4 matçını qəbul edəcək. Belə ki, Avro-2020-nin qrup mərhələsinin üç, pley-offun bir (1/8 və ya 1/4 final) görüşünü Azərbaycan təşkil edəcək”.
S.Məmmədovaəlavə edib ki, hazırda 2018 və 2019-cu illərdə böyük miqyasda yarışların keçirilməsinə dair hesabat yoxdur.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.
Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.
Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.
Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.
“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.
Rusiyanın paytaxtı Moskvada baş verən terror hadisəsi dünyanın gündəmini məşğul edib. Son 3 gündür bu qorxunc olay barədə müxtəlif fikirlər səsləndirilir.
“Crocus City Hall”da terror aktı zamanı həlak olan və yaralananların xatirəsinə abidə ucaldılacaq., lakin belə bir memorial strukturun məhz harada qurulacağı yalnız ictimai rəydən asılı olacaq.
Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.