banner
banner

Mədənİyyət

“ATV Kitab” layihəsinin 13-cü nəşri

“ATV Kitab” layihəsinin 13-cü nəşri

“Parlaq imzalar” və “ATV Kitab” seriyası layihəsi çərçivəsində silsilənin növbəti 13-cü nəşri işıq üzü görüb. Bu dəfə oxuculara müasir ədəbiyyatımızın istedadlı imzalarından olan yazıçı Ülviyyə Tahirin “Ortaq şəhər” adlı hekayələr toplusu təqdim olunub.

“ATV Kitab” layihəsinin rəhbəri Səlim Babullaoğlu bildirib ki, Ü.Tahirin bədii dili olduqca oxunaqlı və real təsir bağışlayır. Kitaba müəllifin gündəlik həyatımızın sosial-ictimai psixoloji problemlərindən bəhs edən 20 hekayəsi daxil edilib. Kitabı İsmayıl Süleymanlı, Toğrul Musayev, Azər Əsgərzadə və Sevda Məmmədova tərtib edib.

“Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariq müəllif haqqında yazır: “Ülviyyə Tahir “kiçik janrlı” - hekayə janrının uğurlu nümayəndəsidir. Onun yaratdığı obrazlarda insanı bütün bəşəri yönləri ilə görmək olar”.

Qeyd edək ki, “ATV kitab” seriyası ilə “Parlaq imzalar” nəşriyyatının birgə layihəsi əsasında nəşr olunan kitabların redaksiya heyətinə Səlim Babullaoğlu (layihə rəhbəri), Vüqar Qaradağlı (sədr), Məsiağa Məhəmmədi, Cavanşir Yusifli, İlqar Fəhmi, Etibar Babayev, Seyfəddin Hüseynli və Dilman Şahmərdanlı daxildir.

Yeni kitabı şəhərin əksər kitab mağazalarından əldə etmək olar.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər