banner
banner

Gündəm

Axtarışa verildiyi deyilən azərbaycanlı cərrah danışdı

Axtarışa verildiyi deyilən azərbaycanlı cərrah danışdı

“Mən hazırda işimin başındayam, xəstə müayinə edirəm”.  Bu haqda Modern.az-a Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi Gürcüstan Prokurorluğu tərəfindən axtarışa verilməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

 

Hazırda xəstələri qəbul etdiyini deyən cərrah məsələdən xəbərsiz olduğunu açıqlayıb:

“Mənə də bu barədə yeni məlumat verdilər. İnanın ki, xəbərsizəm. İkincisi də mənim yerim bəllidir, axtarışa verilməyimə nə ehtiyac var ki? Hər halda özüm də məsələnin kökünü araşdıracağam”.

Qeyd edək ki, virtualaz.org saytının yaydığı xəbərə görə, Gürcüstanda iki nəfərin ölümünə gətirib çıxarmış dələduzluğa və saxtakarlığa görə həbs edilən qalmaqallı doktor Fərman Ceyranovun işində adı keçən həkim-cərrah Mərkəzi Neftçilər Klinikasının şöbə müdiri M.Kazımidir.

Qeyd edilir ki, Tbilisidə fəaliyyət göstərən “Lanset” klinikasının direktoru Fərman Ceyranov orqan transplantasiyası ilə bağlı maxinasiyalarını “Türkiyədən dəvət olunmuş cərrah” kimi təqdim etdiyi Mircəlal Kazıminin köməyi ilə həyata keçirib.


M.Kazıminin ötən ildən Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verildiyi bildirilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Talıbovlar yenidən meydan oxuyur: Naxçıvanda nə baş verir?

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya daxil olan məlumata görə, Ali Məclisin sabiq rəhbəri Vasif Talıbovun böyük oğlu Rza Talıbov əvvəlcədən razılaşdırmadan Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli ilə görüşmək istəyib. Rza Talıbovun avtomobilinin Ali Məclisin həyətinə, özünün isə binaya buraxılması çaşqınlıq yaradıb. Buna görə hətta mühafizə polisinin əməkdaşlarına töhmət verildiyi deyilir.

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.